Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44823
az

Hava ilə bağlı XƏBƏRDARLIQ

13:4222 Dekabr, 2020
3927
REDAKTORUN SEÇİMİ
  • A


Dekabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-a  verilən xəbərə görə, dekabrın 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz  8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaq.   

Dekabrın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 1-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.  

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 23-də Abşeron yarımadasında mülayim cənub-şərq küləyi və yağışlı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Hava ilə bağlı AÇIQLAMA
Kişidən taksidə 69 yaşlı qadına qarşı şok əməl: Artıq tutuldu