Qaynar xətt:

(+99450) 247 90 86

Son illərin ən soyuq havası: -48 dərəcə şaxta - Həyat iflic oldu...

Son illərin ən soyuq havası: -48 dərəcə şaxta - Həyat iflic oldu...

REDAKTORUN SEÇİMİ

713

19.12.2020, 21:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimal yarımkürəsində yerləşən bir neçə ölkəyə güclü qar yağıb, havanın temperaturu kəskin dərəcədə aşağı düşüb.

Redaktor.az xəbər verir ki, Yaponiyada güclü qarla əlaqədar olaraq yollar buz bağlayıb, nəqliyyatın hərəkəti iflic olub. Tokio-Niiqata magistralında minlərlə avtomobil tıxacda qalıb.

 

Yer üzünün ən soyuq bölgələrindən biri olan Sibirin Yakutsk bölgəsində temperatur -48 dərəcəyə qədər aşağı düşüb. Yollar donub, məktəblər bağlanıb.

Şəhərdə bəzi vəhşi heyvanların donmuş cəsədləri aşkarlanıb. Donmaq üzrə olan bir neçə canlı xilas edilib.

Qeyd edək ki, dünyanın ən soyuq şəhərlərindən olan Yakutskda təxminən 300 min əhali yaşayır.