Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2380
17.12.2020, 08:11
Əvvəl Qarabağda gizlənən erməni terrorçuların azərbaycanlıları öldürməsinə səssiz qaldılar, sonra xəritə oynunu oynadılar, indi də haqqında cinayət işi açılan separatçıların rəhbəri Araik Arutunyanla görüşdülər. 10 noyabr bəyanatdan sonra sualların sayı hər gün artır. Maraqlıdır,
Qarabağımızda nə baş verir?
Azərbaycan tərəfi humanizm nümayiş etdirərək Qarabağın bəzi ərazilərindəki “azmış” və ya “qalmış” kimi təqdim olunan erməni silahlı dəstələrinin çıxması üçün şərait yaratsa da, erməni yaraqlıları silahı yerə qoyub sülh şəraitində ərazini tərk etmək əvəzində orada möhkəmləyə çalışdılar.
Bu müddət ərzində Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları nəinki Azərbaycan Ordusunun əsgərlərinə, həm də mülki şəxslərə qarşı hücumlar törətdi. Həmin silahlı dəstələrin davamlı terror hücumları nəticəsində ölən və yaralananlar oldu. Bununla bağlı rəsmi Bakı Qarabağda yerləşdirilən Rusiya kontingentinin rəhbərliyi ilə əlaqə yaradaraq məsələnin ciddiliyini onların diqqətinə çatdırdı və bundan sonra antiterror əməliyyatı keçirərək ərazilər terrorçulardan təmizləndi.
Dekabrın 13-də Qarabağdakı Rusiya kontingenti tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edildi. Rusiya Müdafiə Nazirliyinin gündəlik dərc etdiyi xəritədə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Köhnə Tağlar, Çaylaqqala kəndləri və onun ətraf ərazilər Rusiya qoşunlarının nəzarəti altında olduğu yerlər kimi öz əksini tapdı. Xəritədə Rusiya hərbçilərinin nəzarət etdiyi kimi göstərilən bəzi ərazilər 10 noyabr bəyanatına əsasən Azərbaycan Ordusunun nəzarətindədir və buna görə də həmin xəritə düzgün deyildi.
Əlbəttə, heç bir dövlət və ya beynəlxalq təşkilatlar qarşısında hesabat öhdəliyi olmaması, Rusiya hərbi kontingentinin bu cür özbaşına hərəkətlərə yol verməsinə şərait yaradır. Həmçinin Rusiyanın Azərbaycan üçün neytral ölkə olmaması, daha doğrusu, rəsmi formada Ermənistanın müttəfiqi olması da unudulmamalıdır. Belə ki, bu ölkələr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxildir və Rusiyanın Ermənistan qarşısında təhlükəsizlik öhdəliyi mövcuddur.
Rusiyanın bəyanatdankənar hərəkətləri - “xəritə oyunu” bütün hədləri aşıb və Azərbaycan ictimaiyyətində ciddi etirazlara səbəb oldu. Yalnız ictimaiyyətin və rəsmi şəxslərin etirazlarından sonra dekabrın 14-də Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi xəritədə yanlışlıq aradan qaldırıldı və həmin ərazilərin Azərbaycanın nəzarətində olduğu bir daha təsdiqləndi.
Gündəmdə ən çox müzakirə olunan mövzulardan biri də Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovun Azərbaycan Baş Prokurorluğunun haqqında cinayət işi açdığı separatçıların rəhbəri Araik Arutunyanla hansı protokola əsasən görüşməsi oldu. Milli Məclisin deputatı Elman Məmmədov deyir ki “Rüstəm Muradov çox böyük səhv edib Araik Arutunyanla görüşüb və bununla Rusiyanın üzərinə götürdüyü sülhməramlı mandatın qaydalarını pozub. Bu, cinayətdir, çünki Araik Arutunyan haqqında cinayət işi açılıb, axtarışa verilib. Araik Arutunyan separatçıdır və Azərbaycan dövlətinə qarşı silah götürüb döyüşən adam cinayətkardır, bunun başqa adı yoxdur. Hesab edirəm ki, Rusiya siyasi rəhbərliyi Muradov haqqında ölçü götürməli, o cəzalandırılmalıdır. Əgər Muradov yenə də o cür hərəkətlərə yol verəcəksə, sülhməramlıların 90-cı illərdən fərqi olmayacaq. Azərbaycan və Türkiyə hökumətləri də bu qanunsuzluğa qarşı çıxmalıdır”.
Beləliklə, Azərbaycan qətiyyət və siyasi iradə nümayiş etdirərək bir daha göstərdi ki, müvafiq razılaşmadan kənara çıxmağa, birtərəfli qaydada xəritələr tətbiq edərək ilkin razılaşmanın şərtlərini pozmağa heç kimə imkan verilməyəcək.
Rusiya öz növbəsində üzərinə sülhməramlılıq missiyasını götürübsə, hər iki tərəflə eyni məsafədə olmalı, bölgədən sülhün təmin olunması, terror yuvalarının təsbit edilərək zərərsizləşdirilməsi ilə məşğul olmalı, Ermənistanın təxribatlarından, xüsusilə Azərbaycanda "terrorçuluq" maddəsi ilə cinayət işi açılan Araik Arutyunyan ilə görüşlərdən çəkinməlidir. Əks halda Rusiyanın sülhməramlı missiyası problemin həlli yox, problemin özünə çevriləcək.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.