Qaynar xətt:

(+99450) 247 90 86

Üzücü xəbər! Hər kəsin axtardığı əsgərin Şəhid xəbəri gəldi

Üzücü xəbər! Hər kəsin axtardığı əsgərin Şəhid xəbəri gəldi

REDAKTORUN SEÇİMİ

8701

16.12.2020, 22:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən müharibəsində daha bir hərbçimizin şəhid olduğu məlum olub.

Oxu24.com -un  məlumatına görə, Qazax rayon sakini, 1995-ci ildə Ürkməzli kəndində anadan olmuş Kərimov Kamil Ələddin oğlu Vətən müharibəsində Murovdağ istiqamətində qəhrəmancasına döyüşüb.

Müddətdən artıq həqiqi hərbi xidmətdə olan K.Kərimov sonuncu dəfə ailəsi ilə müharibənin başlanmasından bir gün öncə telefonla danışıb. Həmin gündən sonra onunla bağlı heç bir məlumat olmayan ailəsi Kamildən çox narahat idi. Bu gün isə onun şəhid olduğu məlum olub.

Şəhidimiz sabah Ürkməzli kənd qəbristanlığında dəfn ediləcək.

Allah rəhmət eləsin!