Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1786
15.12.2020, 12:47
Azərbaycan ordusu Xocavəndin Çaylaqqala və Köhnə Tağlar kəndlərində (əvvəllər Hadrut rayonunun tərkibində idi) antiterror əməliyyatı keçirdikdən sonra Laçın dəhlizindən başlayıb işğaldan azad olunmuş ərazilərin içərilərinə aparan dağ yollarına da nəzarəti təmin edib.
Oxu24.com Virtualaz.org-a istinadla xəbər verir ki, Laçın dəhlizindən, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdən sızdığı təxmin edilən erməni terrorçu dəstələri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hərbçilərə və mülki şəxslərə qarşı hücumlar həyata keçirmişdi. Erməni yaraqlıları Çaylaqqala və Köhnə Tağlar kəndlərinə Laçın dəhlizindən, Şuşanın Turşsu kəndi yaxınlığından çətin keçilən dağ yolu ilə hərəkət etmişdilər.
Virtualaz.org xəbər verir ki, Laçın və Şuşa arasında, yüksək dağlıq ərazilərdə bir-birindən xeyli aralı yerləşən daha üç kənddə erməni yaraqlıların qaldığı bildirilir. Bunlar Şuşanın Kiçik Qaladərəsi və Böyük Qaladərəsi, Laçının Köhnəkənd (əvvəlki adı Kirs olub) kəndləridir. Bu kəndlərə aparan yeganə dağ yolları Laçın-Şuşa şossesindən, yəni hazırda Rusiya sülhməramlılarının nəzarətində olan dəhlizdən başlayır. Dəhlizin eni 10 noyabr üçtərəfli razılaşmasına əsasən, 5 kilometr müəyyənləşdirilib və deməli, yoldan 2.5 kilometr şimaldan, 2.5 kilometr cənubdan başlayan qalan ərazilər Azərbaycan ordusunun nəzarətindədir.
Erməni mənbələrinin bildirdiyinə görə, Azərbaycan ordusu dekabrın 13-də dəhlizdən cənubda həmin kəndlərə aparan yolları nəzarət altına alıb. Erməni tərəfi məsələ ilə bağlı Rusiya sülhməramlı qüvvələrinə müraciət edib və dünənə olan vəziyyətə görə, danışıqlar aparılırdı.
Böyük Qaladərəsi kəndində mülki şəxslərdən heç kim yoxdur, onlar hələ hərbi əməliyyatlar davam edəndə kəndi tərk ediblər. Köhnəkənddə yaşayan 60 ermənidən isə hazırda 15-i oradadır. Onlar bir neçə gün əvvəl kəndə qayıdıblar. Lakin Azərbaycan ordusunun kəndə gedən yolları nəzarətə götürməsindən sonra Rusiya sülhməramlıları onları kənddən çıxarıblar. Bununla belə kəndlərdə erməni silahlı birləşmələrinin qalıqlarının olduğu bildirilir. Azərbaycan ordusunun hissələrinin bilavasitə həmin kəndlərə daxil olduğu haqda məlumat yoxdur.
Çaylaqqala və Köhnə Tağlar kəndləri ətrafında baş verən hadisələrin də göstərdiyi kimi darmadağın edilmiş erməni ordusunun qalıqları azsaylı qruplar şəklində azad olunmuş ərazilərin dərinliklərinə sızmaq, orada döyüş mövqeləri qurmaq və daha sonra Rusiya sülhməramlılarını köməyə çağıraraq möhkəmlənmək, yəni hansısa anklavlar yaratmaq cəhdləri edirlər. Azərbaycan isə buna imkan verə bilməz və erməni silahlı qruplarının işğaldan azad edilmiş ərazilərə sızmasının qarşısını almaq üçün Laçın dəhlizindən başlayan dağ yollarına nəzarəti təmin etməlidir.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.