Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1099
14.12.2020, 23:46
“Azərbaycan 44 günlük Vətən müharibəsində bütün beynəlxalq hüququn norma və prinsiplərini qoruyaraq, əks hücüm əməliyyatlarını həyata keçirdi və qələbə qazandı. Oradakı insanların dostluq şəraitində yaşaya bilməsi üçün Rusiya sülhməramlı qüvvələri dəvət edildi. Amma sülhməramlı qüvvələr Azərbaycanın xoş niyyətindən istifadə etməyə cəhd edir”.
Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Ramil Həsən ermənilərin işğaldan azad olunan ərazilərdə hələ də təxribata cəhd etməsi və sülhməramlıların xəritədə dəyişiklik etməsi ilə bağlı danışarkən deyib. O, Rusiyadakı müəyyən qüvvələrin Azərbaycan, Rusiya və Türkiyə münasibətlərini inkişafına mane olmağa çalışdığını bildirib:
“Azərbaycan və Türkiyənin xoş niyəti Rusiya içərisində olan dairələr və qüvvələrə sərf etmir. Rusiya sülhməramlılarının həm xəritə dəyişimi, həm də bəyanatın istiqamətinə zidd olan açıqlamalar verməsi, eyni zamanda, Qarabağa köçürülən ermənilərlə bağlı dəqiqləşdirilməmiş siyahıların olması, əlbəttə ki, strateji əhəmiyyət kəsb edən Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir və bu, münasibətlərin korlanmasında maraqlı olan qüvvələrin dəyirmanın su tökməkdir.
Rusiya sülhməramlıları imzalamış bəyanat çərçivəsində hərəkət etməlidir. Sülhməramlı qüvvələr nəzərə almalıdılar ki, Rusuyanın bölgədə güvənin artırılması, onların Qarabağda özünü necə aparmasından və həqiqətən neytralıqlarını qoruyub-qorumayacağından asılıdır. Bu baxımdan, sülhməramlılar tərəfindən 10 noyabr tarixində imzalanmış bəyanata uyğun olaraq Ermənistan ordusunun tör-töküntüləri ümumilikdə Qarabağ ərazisindən çıxarılmalıdır. Çünki bu, Rusiya sülhməramlıların mühüm vəzifələrindən biridir. Ümid edirik ki, rus sülhməramlıları vəzifələrinin məsuliyyətini dərk edib, ona görə addım atacaqlar”.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.