Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43687
az

Azərbaycanda əhalinin böyük hissəsi xəstədir - Koronavirusla bağlı MÜHÜM AÇIQLAMA

10:5908 Dekabr, 2020
407
  • A
Ölkədə yoluxmanın mövcud artım tendensiyasını qırmaq üçün məhdudlaşdırıcı tədbirlər mövzusunda müxtəlif təkliflər səsləndirilir. Koronavirusa təkrar yoluxma ilə bağlı yeni araşdırmalar olsa da, burada bəzi ziddiyyətlər də mövcuddur. Oxu24.com "ARB24"ə istinadən xəbər verir ki, tanınmış həkimlər COVID-19 virusu ilə mübarizədə hansı tədbirlərin yoluxma sayının azalmasına səbəb olacağından danışıblar. Tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla bildirib ki, karantin tədbirlərinin getdikcə sərtləşdirilməsi ilə xüsusi nəticə əldə olunmayacaq: "Çünki insanların karantin rejimini iqnor etməsi, karantin davranışlarını gözləmələri əslində böyük bir infeksion potensial yaradıb. Biz onun nəticələrini bu gün yaşayırıq. Biz kollektiv immunitetə doğru gedirik. Əhalinin böyük bir hissəsi xəstədir". Türkiyə Hacıtepe Xəstəxanasının həkimi Turanə Rəsulova isə hesab edir ki, koronavirusu yüngül keçirən xəstələrdə antikor cismi aşağı olduğu üçün təkrar yoluxma halları müşahidə olunur: "Bu dəfə təkrar yoluxma zamanı xəstəliyin ağırlıq dərəcəsi çox ciddi olur. Amma xəstəliyi birinci dəfə ağır keçirənlərdə antitel yüksək olur". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hadisə bu cür baş veribmiş -YENİ DETALLAR
Xalq artistinin vurduğu şəxs görün kimdir - DETALLAR
Ağadadaş Ağayev tanışını baltaladı

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı