Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43684
az

Pandemiya şəraitində evdə saxlanılmalı olan dərmanların adları açıqlandı

09:2008 Dekabr, 2020
670
  • A
Rusiyanın Xaqlar Dostluğu Universitetinin Ümumi və Kliniki farmakologiya kafedrasının rəhbəri, professor Sergey Zıryanov pandemiya zamanı koronavirusla bağlı ehtiyat görməyin lazım olduğu preparatların adlarını açıqlayıb. Bu barədə “Report” Rusiya mətbuatına isitinadən xəbər verir. “Hər şeydən əvvəl bədənin hərarətini azaldan preparatlar əlinizin altında olmalıdır”, - Zıryanov deyib. O, əsasən “parasetamol”u məsləhət görüb. Həkim əlavə edib ki, həmçinin buruna damızdımaq üçün nəzərdə tutulan dərmanları da almaq olar. Bu halda mütəxəssis antibiotikləri almaqdan çəkinməyi məsləhət görüb. O, qeyd edib ki, antibiotiklərdən istifadə üçün həkim tərəfindən göstəriş olmalıdır. Sergey Zıryanov həmçinin antivirus preparatlarını özbaşına qəbul etməməyə çağırıb. Çünki onlar "bir çox arzu edilməyən reaksiyalara malikdirlər". Həkim eləcə də D vitaminindən də lazımsız yerə istifadə etməməyi tövsiyə edib. Onun sözlərinə görə, D vitamininin orqanizmdə normadan artıq olması damarların zədələnməsinə, böyrək çatışmazlığına və başqa problemlərə gətirib çıxara bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artisti baltanı haradan alıbmış? - YENİ DETALLAR
Hadisə bu cür baş veribmiş -YENİ DETALLAR
Xalq artistinin vurduğu şəxs görün kimdir - DETALLAR

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı