Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
802
03.12.2020, 11:04
Ermənistan Qarabağda əsir və girov düşən şəxslərin geri qaytarılması prosesində "hamının hamıya" prinsipinin tətbiq edilməsinə razılıq verib.
Oxu24.com Qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin ilə görüşündə deyib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. Bununla yanaşı, o əsirlərin geri qaytarılması üçün yeni mexanizmlər yaratmağı təklif edib.
"Əsirlərin heç bir şərt irəli sürülmədən dərhal qaytarılması üzrə bir mexanizm yaradılması təklif olunur",-deyə Avinyan qeyd edib.
Müharibədə ağır məğlubiyyətə uğrayan ölkənin rəsmisi atəşkəsin yaradılmasında vasitəçi kimi çıxış edən Rusiya tərəfinə təşəkkür edib.
Baş nazirin müavini deyib ki, əsirlərin geri qaytarılması, itkin düşənlərin və ölənlərin cəsədlərinin axtarışı ilə bağlı məsələlər Ermənistan hökumətinin gündəmindədir və prosesi sürətləndirmək üçün hər şey edilir.
Xatırladaq ki, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı üçtərəfli bəyanatın 8-ci bəndi də bu müddəanı əhatə edirdi: "Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir".
Qeyd edək ki, indiyə kimi döyüş bölgəsindən yüzlərlə Ermənistan əsgərinin cəsədi (təkcə Şuşa yaxınlığındakı ərazidən 150 erməni əsgər) çıxarılaraq qarşı tərəfə təhvil verilib.
12:11 / 15 Noyabr 2026
4
11:52 / 15 Noyabr 2026
84
11:43 / 15 Noyabr 2026
56
11:29 / 15 Noyabr 2026
73
11:20 / 15 Noyabr 2026
73
11:20 / 15 Noyabr 2026
77
11:10 / 15 Noyabr 2026
73
11:07 / 15 Noyabr 2026
425
10:50 / 15 Noyabr 2026
86
10:25 / 15 Noyabr 2026
240
10:21 / 15 Noyabr 2026
96
10:18 / 15 Noyabr 2026
93
10:12 / 15 Noyabr 2026
122
09:35 / 15 Noyabr 2026
461
07:35 / 15 Noyabr 2026
153
05:50 / 15 Noyabr 2026
149
01:35 / 15 Noyabr 2026
160
01:10 / 15 Noyabr 2026
177
23:59 / 14 Noyabr 2026
369
23:51 / 14 Noyabr 2026
198
23:47 / 14 Noyabr 2026
215
23:33 / 14 Noyabr 2026
176
23:23 / 14 Noyabr 2026
546
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.