Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43233
az

Ermənistanda kim kimi Azərbaycana "satıb"? - ŞOK İDDİA

22:0802 Dekabr, 2020
2947
REDAKTORUN SEÇİMİ
  • A

Separatçıların keçmiş "müdafiə naziri" Cəlal Arutyunyan ilə Ermənistanın sabiq müdafiə naziri David Tonoyan arasında baş vermiş qalmaqalın təfərrüatları məlum olub.

Oxu24.com  xəbər verir ki, bu barədə “Mediaport” Telegram kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Cəlal Arutyunyan Azərbaycan Ordusunun dəqiq zərbələri ilə məhv edilməmişdən əvvəl onunla David Tonoyan arasında mübahisə düşüb.

Mübahisəyə səbəb İordaniyadan gətirilən hava hücumundan müdafiə sistemlərinin istifadə edilməməsi olub. Həmin qurğuların bir çoxu istifadəyə yararsız olduğundan tərəflər arasında mübahisələr qızışıb.

“Mübahisə zamanı Cəlal Arutyunyan müharibə bitdikdən sonra susmayacağını, cənub cəbhəsindəki hava məkanının tamamilə müdafiəsiz hala gəldiyinə görə günahkar olan insanların adlarını açıqlayacağını deyib. Üstəlik, məlum partlayışdan bir gün əvvəl Cəlal Arutyunyan Arayik Arutyunyanı (Qarabağ separatçılarının rəhbəri-red.) təcili Şuşa ətrafında müdafiə istehkamlarının inşasına başlamağa çağırıb. Çünki qarşı tərəf bu istiqamətdə yeni qüvvələr toplayırmış və bu səbəbdən keçmiş nazir əlavə ehtiyat qüvvələri və top tədarükünə başlamağa ehtiyac olduğunu bildirib”, - deyə “Mediaport” Telegram kanalı yazıb.

Cəlal Arutyunyanın yaxınları iddia edirlər ki, onun hərəkət istiqaməti ilə bağlı məlumat qəsdən sızdırılıb: “Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri "nazirin" yerini asanlıqla müəyyən edə bilib”.

Xatırladaq ki, Cəlal Arutyunyan oktyabrın 27-də Azərbaycan Ordusu tərəfindən məhv edilib. Ermənistan tərəfi hələ də onun ölmədiyini iddia edir. / "Virtual"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan elminə AĞIR İTKİ - FOTO
DİN xəbərdarlıq yaydı
Sabahın havası ilə bağlı AÇIQLAMA

Maradonanın qızından şok açıqlama: "Atamla danışıram"

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Şəhid xanımının qətlinin PƏRDƏARXASI: əlləri ilə boğduqdan sonra...