Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1164
02.12.2020, 21:22
Separatçıların keçmiş “müdafiə naziri” Cəlal Arutyunyan ilə Ermənistanın sabiq müdafiə naziri David Tonoyan arasında baş vermiş qalmaqalın təfərrüatları məlum olub.
Oxu24.com xəbər verir ki, bu barədə “Mediaport” Telegram kanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Cəlal Arutyunyan Azərbaycan Ordusunun dəqiq zərbələri ilə məhv edilməmişdən əvvəl onunla David Tonoyan arasında mübahisə düşüb.
Mübahisəyə səbəb İordaniyadan gətirilən hava hücumundan müdafiə sistemlərinin istifadə edilməməsi olub. Həmin qurğuların bir çoxu istfadəyə yararsız olduğundan tərəflər arasında mübahisələr qızışıb.
“Mübahisə zamanı Cəlal Arutyunyan müharibə bitdikdən sonra susmayacağını, cənub cəbhəsindəki hava məkanının tamamilə müdafiəsiz hala gəldiyinə görə günahkar olan insanların adlarını açıqlayacağını deyib. Üstəlik, məlum partlayışdan bir gün əvvəl Cəlal Arutyunyan Arayik Arutyunyanı (Qarabağ separatçılarının rəhbəri-red.) təcili Şuşa ətrafında müdafiə istehkamlarının inşasına başlamağa çağırıb. Çünki qarşı tərəf bu istiqamətdə yeni qüvvələr toplayırmış və bu səbəbdən keçmiş nazir əlavə ehtiyat qüvvələri və top tədarükünə başlamağa ehtiyac olduğunu bildirib”, – deyə “Mediaport” Telegram kanalı yazıb.
Cəlal Arutyunyanın yaxınları iddia edirlər ki, onun hərəkət istiqaməti ilə bağlı məlumat qəsdən sızdırılıb: “Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri “nazirin” yerini asanlıqla müəyyən edə bilib”.
Xatırladaq ki, Cəlal Arutyunyan oktyabrın 27-də Azərbaycan Ordusu tərəfindən məhv edilib. Ermənistan tərəfi hələ də onun ölmədiyini iddia edir. (virtualaz.org)
12:36 / 15 Noyabr 2026
1
12:28 / 15 Noyabr 2026
43
12:11 / 15 Noyabr 2026
61
11:52 / 15 Noyabr 2026
119
11:43 / 15 Noyabr 2026
64
11:29 / 15 Noyabr 2026
81
11:20 / 15 Noyabr 2026
79
11:20 / 15 Noyabr 2026
85
11:10 / 15 Noyabr 2026
80
11:07 / 15 Noyabr 2026
499
10:50 / 15 Noyabr 2026
91
10:25 / 15 Noyabr 2026
246
10:21 / 15 Noyabr 2026
100
10:18 / 15 Noyabr 2026
97
10:12 / 15 Noyabr 2026
126
09:35 / 15 Noyabr 2026
477
07:35 / 15 Noyabr 2026
179
05:50 / 15 Noyabr 2026
150
01:35 / 15 Noyabr 2026
161
01:10 / 15 Noyabr 2026
182
23:59 / 14 Noyabr 2026
374
23:51 / 14 Noyabr 2026
199
23:47 / 14 Noyabr 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.