Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2424
28.11.2020, 20:53
İşğaldan azad olunan ərazilərdə ermənilər qalır. Onların bəziləri torpaqlarımızda gizlənir, bəziləri də Ermənistan tərəfə keçməyə çalışırlar. Maraqlıdır, Dağlıq Qarabağdakı qanunsuz silahlı dəstələr necə və nə vaxt çıxarılacaq? Bu TƏHLÜKƏLİDİRMİ?
Erməni hüquq müdafiəçisi Siranuş Saakyan mediaya açıqlamasında bildirib ki, ümumilikdə Azərbaycan əsirliyində 100-dən çox erməni var. Ermənistan tərəfin məlumatına görə, indiyədək Azərbaycan Silahlı Qüvvələrinin ələ keçirdiyi ərazilərdə gizlənən, ermənilər tərəfə keçməyə çalışan Ermənistan əsgərləri qalıb.
Bəs çıxış yolu nədir? Azad olunmuş rayonlarda erməni əsgərlərin qalması mümkünmü və bu təhlükədirmi?
Konfliktoloq Əvəz Həsənov “Yeni Müsavat”a bildirib ki, erməni hərbçilərin qalması və ya gizlənməsi haqqında məlumat da hələ ki rəsmi açıqlanmayıb: Bizim nəzarətə götürdüyümüz ərazilərdə erməni silahlıların qalması, gizlənməsi barədə deyilənlər hələ rəsmi təsdiqini tapmayıb. Ola bilsin ki, fərarilik eləyənlər hələ ki ermənilərin nəzarətində olan yerlərdə gizlənirlər. İnanmıram ki, bizim nəzarətimizdə olan ərazilərdə qalsınlar. Çünki qalanlar ya əsir götürüləcək, ya da müqavimət göstərsələr, terror hərəkətlərinə yol versələr öldürüləcək.
bizdə erməni əsirlərinin sayı barədə dəqiq məlumat yoxdur. Bu barədə hələ nə Müdafiə Nazirliyi, nə Əsirlərlə bağlı Dövlət Komissiyası, nə də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən məlumat verilib. Məlumatlar olduqdan sonra əsirlərin dəyişdirilməsi məsələsi gündəmə gələ bilər.
Hərbi ekspert Ruslan İmamqulyev isə deyir:
İşğaldan azad olunmuş ərazilərimizdə minalanmış sahələrin olması ilə yanaşı, həm nəzarətdən çıxmış erməni terrorçular, həm də Ermənistan silahlı qüvvələrinə məxsus silahlı dəstələrin qalması, gizlənmələri mümkündür. Bu cür hallar təbii ki, təhlükəlidir:
“Ona görə də bundan sonrakı mərhələ olaraq ərazinin tam olaraq təmizlənməsindən söhbət gedir ki, bu təmizlik təkcə minalardan təmizlənməsindən ibarət deyil, həm də ərazidə ola biləcək nəzarətdən çıxmış və ya planlı şəkildə orada qalmış terrorçu qrupların zərərsizləşdirilməsidir.
Məhz bu mərhələ bölgəyə cəlb olunmuş və cəlb olunacaq sülhməramlı qüvvələrin fəaliyyəti çərçivəsində olacaq. Üçtərəfli bəyanatda Rusiya sülhməramlılarının iştirakı və bunun da davamında Koordinasiya mərkəzinin olması, bu Mərkəzdə Rusiya və Türkiyənin hərbi qulluqçularının nəzərdə tutulması məlumdur. Məhz bu qüvvələrin iştirakı ilə ərazinin tam yararlı, təhlükəsiz vəziyyətə gətirilməsi baş verməlidir. Ərazinin erməni silahlılarından tamamilə təmizlənməsi sülhməramlı qüvvələrin vəzifə borcudur. Bütün bunlara baxmayaraq, sülhməramlı qüvvələrlə yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və müvafiq digər orqanların da ciddi fəaliyyəti olacaq.
Onlar da gərəkən işləri görəcəklər. Orada sivil əhalinin yaşayışının təminatı həm də bu mərhələnin həyata keçirilməsini zəruri edir. Müvafiq orqanlar öz öhdələrinə düşən vəzifə borclarını yerinə yetirə biləcəklər. Ərazilərdə yaşayışın təmin olunması üçün ehtimal olunan bütün risklər aradan qaldırılmalıdır və yəqin ki, qaldırılacaq”.
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.