Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan 10 noyabr gecəsi nələr yaşayıb? - SİRLƏR AÇILIR

Paşinyan 10 noyabr gecəsi nələr yaşayıb? - SİRLƏR AÇILIR

REDAKTORUN SEÇİMİ

1128

27.11.2020, 18:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyan dövrün xarici işlər naziri Zohrab Mnatsakanyan və müdafiə Naziri David Tonoyan, baş qərargah rəisi Onik Qasparyan, baş nazirin müavini Tiqran Avinyan, parlamentin sədri Ararat Mirzoyan və qondarma rejimin başçısı Araik Arutyunyana üçtərəfli bəyanatı imzalamaq niyyəti barədə məlumat vermişdi.

Oxu24.com  xəbər verir ki, bu barədə "Qraparak" erməni nəşri yazır.

Nəşrin məlumatına görə, baş nazirin xəbər verdiyi rəsmilərdən yalnız Ararat Mirzoyan Qarabağla bağlı üçtərəfli bəyanata etiraz edib. O, baş nazirə xalqın onu bağışlamayacağını xəbərdarlıq edib.

Baş nazirin müavini Tiqran Avinyan isə sənədin imzalanmasında israr edib.

Xatırladaq ki, Rusiya, 10 noyabrda Azərbaycan və Ermənistan liderləri Qarabağda atəşkəsə dair birgə bəyanat imzaladı.

Qarabağla bağlı açıqlamadan sonra bir qrup vətəndaş hökumətə, daha sonra parlamentə toplaşaraq rəsmilərlə görüş tələb etdi. Onlar parlamentin sədri Ararat Mirzoyanı avtomobildən sürüyərək ailənin gözü qarşısında döydü. (publika.az)