Qaynar xətt:

(+99450) 247 90 86

Şad xəbər: Pullar verildi

Şad xəbər: Pullar verildi

REDAKTORUN SEÇİMİ

986

27.08.2020, 10:16

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənişi həyata keçirilib.
Bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımı alan şəxslərin hesablarına vəsait artıq köçürülüb: “Vətəndaşlar ünvanlı sosial yardım üzrə vəsaitlərini onlara Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər”.