16 mayda bizi nələr GÖZLƏYİR? — ULDUZ FALI
15 May 2026, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
4232
21.08.2020, 09:03
20 avqust saat 02 radələrində qanuni oğru Lotu Quli Türkiyənin Antalya şəhərinin Serik bölgəsində yerləşən otellərin birində qətlə yetirilib.
Oxu24.com xəbər verir ki, qətli "Xan Bakinski” qələbli Xaqan Dəyanət oğlu Zeynalov həyata keçirib. Məlumata görə, Xan Bakinskiyə sifarişi Rövşən Lənkəranskinin qohumu Zaur Əliağa oğlu Əhmədov verib. Qətlin icrası üçün Bakinskiyə 4 milyon dollar ödənilib.
İddiaya görə, qətl Rövşən Lənkəranskinin öldürüldüyü gün icra edilməli imiş. Belə ki, 18 avqust 2016-cı ildə İstanbulda qətlə yetirilmişdi.
Onun avtomobili gülləbaran edilmişdi. Onun qətlinin sifarişçiləri sırasında Lotu Qulinin də adı çəkilirdi. Qatil isə Qulini 18 avqustda öldürə bilməyib və sifarişi 19 avqust gecəsi yerinə yetirib. Lotu Quli arxadan, boyun nahiyəsindən 4 güllə yarası alıb və xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. 16 may 1995-ci il təvəllüdlü, qubalı Xan Bakinski – Xaqan Zeynalov - kriminal aləmdə tanınmır.
O, yalnız "Jora” ləqəbli Samir Fəqan oğlu İsmayılovun təqdimatı ilə Lotu Quli ilə tanış olub. Daha sonra isə Lotu Quli Xaqanı özünə mühafizəçi götürüb. Hadisə baş verəndə Lotu Quli tanışları ilə qumar oynayırmış.
Qumar masası arxasında "Odessa Nazir” kimi tanınan Nazir Bayram oğlu Əliyev olub. Həmçinin Qulinin yaxınları Samir İsmayılov, Polad Omarov, Tarzan Nazarov, Maqamed Kurbanov da hadisə yerində imiş, əsas şahidlərdir. Lotu Qulinin mühafizəçisi olan Xaqan Zeynalov "şefini” güllələyəndən sonra qaçarkən onun arxasınca Tarzan Nazarov düşüb və dərhal atəş açaraq, Xaqanı yaralayıb. Digər bir dəhşətli məqam isə odur ki, qətldən dərhal sonra Polad Omarovun mobil telefonuna naməlum nömrədən mesaj gəlib. Mesajda bildirilib: "Böyük qardaşınızın axırı budur, sizi də bu aqibət gözləyir”.///Axar.az
22:44 / 19 May 2026
1
22:26 / 19 May 2026
23
22:13 / 19 May 2026
38
21:58 / 19 May 2026
323
21:49 / 19 May 2026
43
21:35 / 19 May 2026
61
21:20 / 19 May 2026
56
21:09 / 19 May 2026
99
20:47 / 19 May 2026
70
20:47 / 19 May 2026
53
20:42 / 19 May 2026
60
20:38 / 19 May 2026
54
20:34 / 19 May 2026
54
20:31 / 19 May 2026
48
20:27 / 19 May 2026
106
20:24 / 19 May 2026
153
20:23 / 19 May 2026
113
20:12 / 19 May 2026
65
19:51 / 19 May 2026
99
19:35 / 19 May 2026
75
19:22 / 19 May 2026
107
19:00 / 19 May 2026
149
18:58 / 19 May 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.