16 mayda bizi nələr GÖZLƏYİR? — ULDUZ FALI
15 May 2026, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
891
25.07.2020, 13:26
İyulun 24-də Ağdam rayon polis şöbəsinin əməkdaşlarına qarşı rayon ərazisində zor tətbiq olunması ilə bağlı prokurorluğa məlumat daxil olub.
Ağdam rayon prokurorluğundan OXU24.COM-A verilən məlumatda bildirilir ki, araşdırmalarla həmin gün saat 20 radələrində rayonun Bənövşələr qəsəbəsi ərazisində döyülmə faktı barədə daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş Ağdam rayon polis şöbəsinin istintaq-əməliyyat qrupunun üzvləri Niyazi Əhmədov, Mirhəmid Həşimov, Səyyar Həsənova xidməti vəzifələrini yerinə yetirərkən qəsəbə sakinləri Cavid Quliyev və Razi Naibov tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Cavid Quliyev və Razi Naibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.
11:41 / 17 May 2026
1
11:06 / 17 May 2026
37
11:02 / 17 May 2026
81
11:00 / 17 May 2026
30
10:56 / 17 May 2026
85
10:52 / 17 May 2026
44
10:49 / 17 May 2026
43
10:44 / 17 May 2026
50
10:42 / 17 May 2026
225
10:40 / 17 May 2026
49
10:38 / 17 May 2026
42
10:36 / 17 May 2026
47
10:31 / 17 May 2026
51
10:29 / 17 May 2026
47
10:26 / 17 May 2026
59
10:23 / 17 May 2026
46
10:20 / 17 May 2026
186
10:18 / 17 May 2026
54
10:16 / 17 May 2026
143
10:13 / 17 May 2026
319
10:12 / 17 May 2026
55
10:10 / 17 May 2026
51
10:07 / 17 May 2026
54
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.