Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
856
24.07.2020, 12:25
23 iyul tarixində ABŞ-da fəaliyyət göstərən Amerikada Azərbaycan Cəmiyyətlərinin Konqresinin (Congress of Azerbaijani Societies of America – CASA) təşəbbüsü və dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovla ABŞ-nın müxtəlif ştatlarında yaşayan çoxsaylı icma üzvləri arasında video görüş keçirilib.
Oxu24.com -un xəbərinə görə, ilk olaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlərdə şəhid olan hərbiçilər və həlak olan dinc sakinin ruhuna bir dəqiqəlik sükutla yad edilib.
E. Süleymanov icma üzvlərinin təşəbbüsünü qiymətləndirib, son günlərdə ABŞ-da yaşayan azərbaycanlıların çətin vəziyyətlə üzləşdiyini qeyd edib və icma üzvlərinin bir araya gələrək gündəlikdə qoyulan məsələləri və növbəti addımları birlikdə müzakirə etməyin faydalı olacağını bildirib.
Səfir Azərbaycanın ABŞ Konqresi ilə və digər dövlət qurumları ilə fəaliyyəti barədə məlumat verib və ABŞ-Azərbaycan ikitərəfli münasibətlərə dəstəyə və töhfələrinə görə icma üzvlərinə dərin təşəkkürünü bildirib. Eyni zamanda erməni lobbisinin ölkəmizə qarşı təxribatların artmasını nəzərə alaraq Azərbaycan icmasını daha da fəal olmasına çağırış edib.
Daha sonra ABŞ ştatları üzrə Ermənistanın təcavüzünə qarşı ştatlarda keçirilmiş aksiyalarda icmanın iştirakı barədə danışıb, o cümlədən erməni lobbi üzvlərinin paytaxt Vaşinqtonda Səfirliyin qarşısında keçirdiyi aksiyaya qarşı müxtəlif ştatlardan vətəndaşlarımız və soydaşlarımızın bir yerə gələrək Azərbaycan dövlətinə, üçrəngli bayrağımıza və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək verməsinə və sivil şəkildə qarşı tərəfin susdurulmasında iştirak etdikləri üçün təşəkkürünü bildirib.
Səfir qeyd edib ki, vətəndaşlarımız və soydaşlarımızın etiraz aksiyasında təmkinli və mədəni davranışı digərlərinə nümunə kimi göstərilə bilər və ermənilərin olduqca aqressiv və vəhşi aparması ilə heç cürə müqayisə oluna bilməz.
Həmçinin Kaliforniya ştatı Los Anceles şəhərində baş vermiş aksiyalarda hadisələri təəssüf hissi ilə xatırlamış və xəsarət alanlar barədə məlumat verərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə onlara dövlət tərəfindən ehtiyac olan hərtərəfli dəstəyin veriləcəyini deyib. Hazırda ABŞ-da diplomatik missiyaları da daxil olmaqla Azərbaycan vətəndaşlarına erməni radikal qrupları tərəfindən real təhdidin olması nəzərə alaraq soydaşları olduqca ehtiyatlı və təhlükəsizliklərini qorumağı çağırış edib. İcma üzvlərinin gərgin hissləri və onların haqlı qəzəbini anladığını və bölüşdüyünü, eyni zamanda erməni radikalların təxribatlarına uymamalara və birlik nümayiş etdirərək təmkinli və soyuqqanlı olmağa çağırıb.
İki saatdan çox davam edən müzakirə geniş mövzuları əhatə edib.
Qeyd edək ki, CASA şəbəkəsi müstəqil və könüllülərin şəbəkə platforması olaraq Texas, Massaçusets, Nyu York, Nyu Jersi, Kaliforniya və Floridada yaşayan soydaşların təşəbbüsü və əməkdaşlığı nəticəsində yaranıb.
11:28 / 17 Noyabr 2026
1
11:00 / 17 Noyabr 2026
64
10:54 / 17 Noyabr 2026
67
10:50 / 17 Noyabr 2026
81
10:45 / 17 Noyabr 2026
72
10:32 / 17 Noyabr 2026
75
10:30 / 17 Noyabr 2026
89
10:22 / 17 Noyabr 2026
74
10:17 / 17 Noyabr 2026
78
10:13 / 17 Noyabr 2026
77
10:00 / 17 Noyabr 2026
84
09:58 / 17 Noyabr 2026
276
09:54 / 17 Noyabr 2026
733
09:45 / 17 Noyabr 2026
80
09:43 / 17 Noyabr 2026
96
09:36 / 17 Noyabr 2026
88
09:33 / 17 Noyabr 2026
392
09:31 / 17 Noyabr 2026
126
09:28 / 17 Noyabr 2026
126
09:25 / 17 Noyabr 2026
99
09:11 / 17 Noyabr 2026
105
09:04 / 17 Noyabr 2026
107
08:26 / 17 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.