Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
3363
10.06.2020, 15:21
14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
Yaşayış evlərini iki günlük tərk etməklə bağlı qadağa fonunda insanların rayonlara üz tutması yenidən aktuallaşıb. Sosial şəbəkədə aktiv müzakirələr zamanı insanlar iki günlük qadağa zamanı Bakını tərk edərək rayonlara üz tutmağa üstünlük verdiklərini açıqlayıblar.
Mövcud vəziyyətdə iki günlük qadağalar zamanı vətəndaşların rayonlara üz tutması ilə bağlı Operativ Qərargahın məsələyə münasibətini öyrənməyə çalışdıq. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim MəmmədovBAKU.WS-ə bildirib ki, rayonlara gediş-gəlişin bərpası gündəmdə deyil.
Məsələ ilə bağlı BAKU.WS-ə münasibət bildirən deputat Aqil Abbas isə Bakı sakinlərinin rayonlara buraxılması ilə bağlı Milli Məclisdə məsələ qaldıracağını qeyd etdi:
"Açığı deyim ki, bu təklifi 5-ci gün Milli Məclisdə qaldıracağam. Bakı qeydiyyatı olan vətəndaşların rayonlara rahat getməsinə icazə verilməsi məsələsini irəli sürəcəm. İmkan verilsin ki, vətəndaşlarımız rayonlara gedib öz evlərində, qohumlarıgildə və ya kirayə ev tutub qala bilsinlər.
Bununla həm Bakı şəhəri boşalmış olacaq, həm də insanlarımız rahat və təmiz hava almış olacaqlar.
Düşünürəm ki, o rayonlarda ki, xəstəlik yoxdur, Bakı sakinlərinin həmin ərazilərə buraxılmasını reallaşdırmaq mümkündür.
Bunu həm uzun müddətli, həm də bir neçə günlük rayonlara üz tutmaq istəyən vətəndaşlar üçün tətbiq etmək olar.
Ola bilər ki, insanların Ağcabədidə, Bərdədə və və ya başqa bölgədə evi və ya qohumlarının evləri ola bilər. Bu insanlar həmin ərazilərdə rahat yerləşə biləcəklər.
Belə olan təqdirdə rayonlarda infrastruktur işləyəcək. Hotellər və mağazalar gəlir əldə etməyə başlayacaq".
Aqil Abbas əlavə etdi ki, əgər bu koronavirus getdikcə şiddətlənirsə, əhalini qorumaq lazımdır: "Əhalini ünsiyyəti azaltmaqla qorumaq mümkündür. İki günlük küçəyə çıxmaq qadağasına əməl etmək də vacib şərtlərdəndir. Mən qətiyyən karantinin əleyhinə deyiləm. Dövlət əhalini qorumaq istəyir. Bunun üçün bəzi qadağa və məhdudiyyətlər tətbiq olunur. Bu qadağalar qonşu Türkiyədə 4 günlük müddətdə də olub. Bunun əleyhinə getmək olmaz.
Amma Bakı qeydiyyatı olan vətəndaşlara rayonlara getməyə icazə verilə bilər. Bu məsələyə mən normal baxıram və onu Milli Məclisdə qaldıracam".
Günün təklif olunna videosu:
13:12 / 18 Noyabr 2026
64
12:55 / 18 Noyabr 2026
68
12:53 / 18 Noyabr 2026
89
12:51 / 18 Noyabr 2026
123
12:32 / 18 Noyabr 2026
670
12:28 / 18 Noyabr 2026
88
12:20 / 18 Noyabr 2026
262
12:15 / 18 Noyabr 2026
92
12:10 / 18 Noyabr 2026
121
12:03 / 18 Noyabr 2026
92
12:03 / 18 Noyabr 2026
399
11:49 / 18 Noyabr 2026
184
11:43 / 18 Noyabr 2026
101
11:39 / 18 Noyabr 2026
110
11:35 / 18 Noyabr 2026
115
11:32 / 18 Noyabr 2026
108
11:22 / 18 Noyabr 2026
593
11:19 / 18 Noyabr 2026
138
11:15 / 18 Noyabr 2026
111
11:13 / 18 Noyabr 2026
103
11:11 / 18 Noyabr 2026
889
11:08 / 18 Noyabr 2026
118
10:21 / 18 Noyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.