Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1283
10.06.2020, 01:43
Vətəndaşın qapısını döyən və order olmadan onun iradəsinə zidd olaraq içəri daxil olub "Paltar geyinməsin, elə bu vəziyyətdə apar" deyən polis kapitanı Şəhriyar Hüseynovdur.
Əldə etdiyimiz məlumata görə, sözügedən polis zabiti Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğludur.
Atası Rafil Hüseynov Prezident Administrasiyasında yüksək vəzifəli şəxs tərəfindən himayə olunur. Şəhriyar Hüseynov əvvəllər Sabunçu rayon Məhkəməsinin sədrinin köməkçisi işləyib, daha sonra isə Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına komandir vəzifəsinə təyin olunub.
O, bahalı və lüks avtomobil kolleksiyası ilə məşhurdur.
Belə ki, ona məxsus olan avtomobil kolleksiyasının nömrələrinin sonu "011" seriyası ilə bitir. Hətta, Şəhriyar Hüseynov "AA" seriyalı avtomobillərə də sahibdir. Qayınatası da Suraxanının icra başçısı Əziz Əzizovdur.
Ümid edirik ki, atası və qaynatası icra başçısı olan Şəhriyar Hüseynovun hərəkətləri ictimai qınağa səbəb olduğuna görə müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, Şəhriyar Hüseynovun adı bu gün daha bir qalmaqalda hallanıb. Onun Bakıdakı avtosalonlardan birində dava saldığı qeyd edilib.
Məsələ ilə bağlı Bizimyol.info saytı Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovla əlaqə saxlamaq istəyib. Başçı ilə danışmağın mümkün olmadığını deyən və adını bildirmək istəməyən şəxs qeyd etdb ki, bu barədə heç bir məlumatları yoxdur və deyilənlər İcra Başçısının şəxsi işidir, ailə məsələsidir:
"Bunlar onun şəxsi məsələsidir. Bu barədə heç nə deyə bilmərik, hüququmuz yoxdur. O Bakıda yaşayır, bura təzə gəlmiş adamdır. Tanımırıq”. Sfera.az
00:26 / 12 May 2026
1
00:06 / 12 May 2026
121
23:58 / 11 May 2026
108
23:54 / 11 May 2026
182
23:45 / 11 May 2026
180
23:43 / 11 May 2026
39
23:40 / 11 May 2026
40
23:32 / 11 May 2026
45
23:24 / 11 May 2026
57
23:17 / 11 May 2026
717
23:15 / 11 May 2026
140
23:14 / 11 May 2026
4214
23:11 / 11 May 2026
126
23:10 / 11 May 2026
64
23:06 / 11 May 2026
81
22:59 / 11 May 2026
236
22:59 / 11 May 2026
50
22:44 / 11 May 2026
383
22:43 / 11 May 2026
11830
22:34 / 11 May 2026
231
22:29 / 11 May 2026
232
22:23 / 11 May 2026
505
22:17 / 11 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.