Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
928
08.06.2020, 18:10
Bugün sosial şəbəkələrdə Çevik Polis Alayının Xüsusi təyinatlı qüvvələrinin bir evə daxil olaraq şübhəli şəxsi yatdığı yerdən götürərək apardığı görüntülər yayılıb.
Oxu24.com xəbər verir ki, sərtləşdirilmiş karantin rejimi qaydalarına nəzarət edən asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.
Mövzu ilə bağlı Qazet.az-ın suallarını cavablandıran Fazil Mustafa qeyd edir ki, vətəndaşlar etirazlarını düzgün formada çatdırmır.
“Vətəndaşın ola bilər ki, polisin hansısa hərəkətindən narazıçılığı olsun, amma bunun qarşılığı çöldə başına zibil yağdırmaq deyil. Daha mədəni formada insanlar münasibət ortaya qoymağa borcludur. Mən hesab edirəm ki, bütün insanlara aid deyil, amma bu məsələdə rolu olan vətəndaşlara çox sərt mövqe ortaya qoyulmalıdır. Əks halda hər kəs belə özbaşınalıq etsə, qanunu pozsa, polisə tabe olmasa, bunun fəsadları çox ağır olar”.
“Polis qaydalara əməl edir və xəbərdarlıq edir, vətəndaş evindən çıxmırsa, nə etməlidir? Polisin qınanılması anlaşılmır. Qaydanı pozmayan kimin evinə polis hücum edir? Polisin nəyinə lazımdır indiki vəziyyətdə narazılıq yaratsın? Polis də bizim vətəndaşımızdır, bizi qoruyan insandır. Buraxa bilməz ki, hər kəs çölə çıxsın və yoluxmanı artırsın”, – deyə Fazil Mustafa bildirib.
Xatırladaq ki, dünən – iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.
00:26 / 12 May 2026
1
00:06 / 12 May 2026
121
23:58 / 11 May 2026
108
23:54 / 11 May 2026
182
23:45 / 11 May 2026
180
23:43 / 11 May 2026
39
23:40 / 11 May 2026
40
23:32 / 11 May 2026
45
23:24 / 11 May 2026
57
23:17 / 11 May 2026
717
23:15 / 11 May 2026
140
23:14 / 11 May 2026
4214
23:11 / 11 May 2026
126
23:10 / 11 May 2026
64
23:06 / 11 May 2026
81
22:59 / 11 May 2026
236
22:59 / 11 May 2026
50
22:44 / 11 May 2026
383
22:43 / 11 May 2026
11830
22:34 / 11 May 2026
231
22:29 / 11 May 2026
232
22:23 / 11 May 2026
505
22:17 / 11 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.