Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32739
az

Pensiya alanların nəzərinə — Dəyişikliklər var

11:3408 İyun, 2020
1352
REDAKTORUN SEÇİMİ
  • A
Pensiyaçılara xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib. Nazirlikdən verilən məlumata görə, dəyişikliklə bağlı olaraq, Nəsimi, Nizami və Suraxanı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-nin həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib. Bununla əlaqədar həmin şəxslərə pensiyalarının da 2020-ci ilin iyun ayından etibarən hər ayın 14-16-sı aralığında ödənilməsi təmin olunacaq. Eyni zamanda, Nəsimi, Nizami və Suraxanı rayonları üzrə qeyd edilən pensiyaçılar (güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslər), habelə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunacaq şəxslər əlavə sualları olduğu təqdirdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə aşağıdakı telefonlardan hər hansı biri vasitəsilə müraciət edə bilərlər: (012) 563-55-46; (012) 563-55-47 Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İmişlidə saxlanılan 14 nəfər barədəXƏBƏR VAR
İranda təhlükəli vəziyyət: Anbarlar yanır
Uşaqlar bu halda dövlətdən pul alacaq — QAYDASI +MƏBLƏĞ