Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1070
07.06.2020, 12:12
Dünən gecədən etibarən Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri, həmçinin Abşeron rayonunda karantin rejimi qaydaları qəfil sərtləşdirildi. Bir çox dövlət və özəl qurumların fəaliyyətləri dayandırıldı, hətta aptek və marketlər də iki günlük qapadıldı.
Tək-tək istisnalar olmaqla insanların çölə çıxışlarına qadağa qoyuldu. Əslində gözləmədiyimiz bir şey baş verdi. Çünki son günlər karantin rejiminin yumşaldılması yolu tutulmuşdu.
Bəs nə baş verdi və niyə rejim sərtləşdirildi? Bu rejim nə vaxta qədər davam edəcək?
Bu suallara TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı "Xəzər Xəbər"ə eksklüziv müsahibəsində aydınlıq gətirib. O, həmçinin koronavirusu simptomsuz olaraq keçirən şəxslərdə yeni xoşagəlməz əlamətlər müşahidə etdiklərinə də diqqət çəkib. Üstəlik, evdə özünü müalicə etməyə çalışan insanlara sərt xəbərdarlıq edib.
Xüsusi karantin rejimindən mərhələ-mərhələ çıxarkən bir anda həftəsonu sərt karantin rejimi tətbiq edildi. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı müsahibəsində karantin rejiminin qəfil sərtləşdirilməsinin səbəblərini açıqladı.
Ramin Bayramlı onu da bildirdi ki, Operativ Qərargahın iş yükünün çoxalmasına, yoluxma sayının artmasına və nəticədə indiki vəziyyətin yaranmasına səbəb hələ də cəmiyyətdə bəzi insanların virusun varlığına inanmamalarıdır.
TƏBİB-in rəhbəri onu da qeyd etdi ki, həftəsonu tətbiq edilən sərt karantin qaydalarına təsadüfi gedilməyib və bunun dünyada tətbiq edilərək nəticə əldə olunan çoxsaylı elmi əsasları var.
Ramin Bayramlı hazırda yeni növ koronavirusu simptomsuz keçirən insanlarda yeni xoşagəlməz əlamətlər aşkar etdiklərinə də diqqət çəkdi.
TƏBİB-in İdarə Heyətinin sədri ən təhlükəli halların evdə özünü müalicə etməyə çalışan insanlarda meydana gəldiyini bildirdi və vətəndaşları qəti olaraq bu yanaşmadan çəkinməyə çağırdı.
TƏBİB sədri onu da qeyd etdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargah istənilən qərarı verməzdən öncə bütün təkliflər geniş şəkildə müzakirə olunur. Qərarlar isə həmişə insanlara minimal mənfi təsir edəcək şəkildə qəbul edilir. Həftəsonları sərt karantin qaydalarının tətbiqinin nə vaxt ləğv ediləcəyi isə vətəndaşların sanitar gigiyena təlimatlarına düzgün əməl etmələrindən asılı olacaq.
14:44 / 18 Noyabr 2026
56
14:33 / 18 Noyabr 2026
65
14:22 / 18 Noyabr 2026
69
14:18 / 18 Noyabr 2026
80
14:06 / 18 Noyabr 2026
78
13:56 / 18 Noyabr 2026
84
13:12 / 18 Noyabr 2026
93
12:55 / 18 Noyabr 2026
94
12:53 / 18 Noyabr 2026
126
12:51 / 18 Noyabr 2026
209
12:32 / 18 Noyabr 2026
985
12:28 / 18 Noyabr 2026
115
12:20 / 18 Noyabr 2026
443
12:15 / 18 Noyabr 2026
117
12:10 / 18 Noyabr 2026
145
12:03 / 18 Noyabr 2026
101
12:03 / 18 Noyabr 2026
422
11:49 / 18 Noyabr 2026
232
11:43 / 18 Noyabr 2026
149
11:39 / 18 Noyabr 2026
158
11:35 / 18 Noyabr 2026
162
11:32 / 18 Noyabr 2026
147
11:22 / 18 Noyabr 2026
698
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.