Mehdi Rəhimov vəfat edib
06 Aprel 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1550
24.12.2019, 14:51
Psixotrop tərkibli dərmanlar satıb Yüksək təsiredici xüsusiyyətə malik psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərdən biri rəis imiş.
Unikal.org-un əldə etdiyi məlumata görə, Mingəçevir şəhər Maliyyə İdarəsinin rəisi Samir Məmmədov sözügedən əmələ görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində cinayət işi açılıb. S.Məmmədov bu məsələdən sonra Mingəçevir şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Mingəçevir şəhərində yerləşən “Sübhan” aptekində psixotrop tərkibli dərmanların satılması barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində həmin aptek nəzarətə götürülüb və qeyd edilən obyektdə psixotrop tərkibli dərmanlarının satışının həyata keçirildiyi təsdiqini tapıb. Əməliyyat zamanı aptekdə satıcı işləyən Mingəçevir şəhər sakini Rəşad Abduləzimov və aptekin sahibi Ağdam sakini Samir Məmmədov saxlanılıblar. Baxış zamanı aptekdə “Fenobarbital”, “Relanium”, “Diazepeks”, “Actopentin”, “Sirentin” və sair dərman preparatları aşkar olunaraq maddi sübut kimi götürülüb. Aptekin satıcısı Rəşad Abduləzimov ifadəsində aptekin sahibi Samir Məmmədovun tapşırığı ilə psixotrop dərman preparatlarının satışını apardığını və gündəlik hesabatları ona təqdim etdiyini bildirib. Aptekin sahibi Samir Məmmədov da qanunla tələb olunan xüsusi lisenziya olmadan psixotrop dərman preparatlarının aptekdə onun tapşırığı ilə satışının aparıldığını ifadəsində təsdiq edib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) və 240.3.2 (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılaraq hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
16:09 / 11 Aprel 2026
545
16:05 / 11 Aprel 2026
189
16:00 / 11 Aprel 2026
126
13:04 / 11 Aprel 2026
139
12:43 / 11 Aprel 2026
2162
10:58 / 11 Aprel 2026
92
10:57 / 11 Aprel 2026
91
10:26 / 11 Aprel 2026
82
10:25 / 11 Aprel 2026
111
10:23 / 11 Aprel 2026
85
00:32 / 11 Aprel 2026
267
00:13 / 11 Aprel 2026
191
23:52 / 10 Aprel 2026
269
23:38 / 10 Aprel 2026
147
23:19 / 10 Aprel 2026
152
23:05 / 10 Aprel 2026
238
22:51 / 10 Aprel 2026
337
22:45 / 10 Aprel 2026
238
22:11 / 10 Aprel 2026
150
22:07 / 10 Aprel 2026
313
21:48 / 10 Aprel 2026
221
21:29 / 10 Aprel 2026
837
21:19 / 10 Aprel 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.