Baş prokuror Yardımlıda vətəndaşları qəbul edəcək
30 İyun 2025, 10:18
Qaynar xətt:
(+99450) 247 90 86REDAKTORUN SEÇİMİ
727
17.12.2019, 14:51
Ölkə Prezidenti “İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasını” təsdiq etməsi ilə vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib olmaq şansı əldə etdi.
Artıq müəyyən edilmiş ərazilərdə Fondun təklif etdiyi mənzilləri kirayələməklə müəyyən müddətdən sonra o mənzilə sahib olmaq mümkün olacaq. Belə ki, bunun üçün müqavilə bağlanandan 3 il sonra kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə daha tez və ya ödənişi normal şəkildə davam etdirib 25 il ərzində ona sahib ola bilər. Ancaq təbii ki, bu mənzillərə sahib olmaq üçün müəyyən şərtlər var.
Oxu24.com -un xəbərinə görə, bu barədə Axar.az-a geniş məlumat verən iqtisadçı alim Vüqar Bayramov bildirib ki, yaxın günlərdə müraciətlərin başlayacağı kirayə mənzillər müxtəlif ərazilərdədir:
Həmçinin oxuyun
“Bizdə olan məlumata görə, “Qara Qarayev”, “Neftçilər”, “Əhəmədli” metrosu ətrafında daha çox mənzil təklif olunacaq. Bununla yanaşı, mərhələli şəkildə digər rayonlarda, o cümlədən bölgələrdə də kirayə mənzillər veriləcək. İpoteka və Kredit Zəmanət Fondu öz vəsaiti hesabına aldığı və ya onun mülkiyyətinə keçən mənzilləri kirayə kimi təklif edə bilər. Həmin mənzillər isə tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunacaq”.
Ekspert bu evlərə sahib olmağın şərtlərinə aydınlıq gətirib:
“Mənzilə yalnız Azərbaycan vətəndaşı sahib ola bilər. Kirayə mənzil üçün müraciət edənin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır. Məhkumluğu olmaması da şərtlər siyahısındadır. Ailəli olmaq şərt kimi qeyd olunmur. Yəni ailəli olmayanlar da müraciət edə biləcəklər. Kirayə mənzil üçün ailə müraciət edibsə, ailə fərdlərindən birinin rəsmi iş yerinin olması vacibdir. Həmin şəxsin ən az 6 aylıq rəsmi iş stajının olması məcburidir”. V.Bayramov bildirib ki, götürmək istəyəcəyiniz kirayə mənzilin otaq sayı şəxsin aylıq əmək haqqının miqdarından asılıdır: “Yaşayış sahəsinin qiyməti müqavilə müddətindəki ayların sayına bölünərək aylıq ödəniş məbləği müəyyənləşəcək. Məsələn, mənzilin xərci 120 min manat və müqavilə müddəti 25 ildirsə, o zaman 120 000 manat / ( 25 il X 12 ay) = 400 manat kimi müəyyənləşəcək. Daha aydın şəkildə ifadə etsək, seçəcəyiniz mənzilin kvadratı maaşınızdan asılıdır. Yəni maaş azdırsa, 1 otaqlı, çoxdursa 3 otaqlı mənzil seçə bilərsiniz. Onu da qeyd edim ki, kirayə mənzillərə sahiblənmək üçün ilkin ödəniş nəzərdə tutulmayıb. Amma kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlandıqdan sonra aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yəni 1 illik kirayə haqqı öncədən ödənilməlidir”. V.Bayramov bildirib ki, İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrinə dair məlumatları rəsmi internet saytında və “Elektron ipoteka və kredit zəmanət” sistemində yerləşdiriləcək: “Burada Fond binanın və ya yaşayış evinin ünvanını, yaşayış sahəsinin sayını, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı kimi əsas məlumatları yerləşdirəcək. Təsdiq olunmuş qaydalara görə, müraciətlər elektron sistemlə həyata keçiriləcək. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınıb baxılacaq. Fond beş iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək, 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq. Bundan sonra üç iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə minəcək”. İqtisadçı son olaraq əlavə edib ki, hələlik adına mənzil olan şəxslərin kirayə ev üçün müraciət etmələrində heç bir məhdudiyyət yoxdur, ancaq gələcəkdə məhdudiyyət müəyyən edilə bilər
22:54 / 28 İyul 2025
Tramp: Putinə Ukrayna ilə razılaşmaq üçün 10 gün vaxt veririk
4
22:38 / 28 İyul 2025
Şəxsiyyət vəsiqəsinin fotosunu “WhatsApp”la göndərənlərə XƏBƏRDARLIQ
92
22:24 / 28 İyul 2025
Bakıda 105 yaşlı universitetin adı dəyişdirilir
24
21:55 / 28 İyul 2025
FHN açıqlama yaydı: Ölən və yaralılar var
207
21:31 / 28 İyul 2025
Ağalarov da Bakıya gəldi - O da Rusiyadan gedir?
236
21:05 / 28 İyul 2025
SON DƏQİQƏ! Rusiya miqrantlarla bağlı elə qərar qəbul etdi ki...- Bu şəxslər işsiz qalacaq
613
20:49 / 28 İyul 2025
Rusiyada güclü zəlzə baş verib
80
20:47 / 28 İyul 2025
Tramp Putinin Ukrayna ilə bağlı dediklərini yalan saymaqdan imtina edib
40
20:46 / 28 İyul 2025
Rusiya kanallarının yayımı niyə dayandırılmır?
84
20:43 / 28 İyul 2025
Rusiyada dollar BAHALAŞDI
167
20:40 / 28 İyul 2025
Vəzifəli qadın azərbaycanlı futbolçunun evindən oğurluq edibmiş...
46
19:13 / 28 İyul 2025
DTX-dən şok əməliyyat: Tutulan şəxslərin imtahanla nə əlaqəsi?
1237
18:58 / 28 İyul 2025
Yadplanetlilərin gəmisi hərəkətə başladı: Bu tarixdə Yerə enəcəklər - Qırğınlar törədəcəklər
321
18:54 / 28 İyul 2025
Yunanıstanda həftəsonu baş verən yanğınlarda 40 min hektardan çox ərazi yanıb
55
18:27 / 28 İyul 2025
Media: Milyonlarla avropalı hepatitlə yaşadıqlarını bilmir
54
18:23 / 28 İyul 2025
90 yaşlı qadının meyiti tapıldı
52
18:20 / 28 İyul 2025
Tramp Putinlə ünsiyyətdən danışıb
52
18:01 / 28 İyul 2025
Ukrayna “Taurus” raketlərinin tədarükünün gecikməsindən məyus olub
52
17:45 / 28 İyul 2025
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb
65
17:33 / 28 İyul 2025
Pensiya gözləyənlərə ŞAD XƏBƏR!
517
17:21 / 28 İyul 2025
Nazirlər Kabineti yeni qərar QƏBUL EDİB
566
17:09 / 28 İyul 2025
Bakının cənub girişində hərəkət məhdudlaşdırılacaq
76
17:06 / 28 İyul 2025
Bu rayonda əməliyyat keçirilib
64
16:57 / 28 İyul 2025
Dikdaban ayaqqabıları çıxarıb əsgər çəkməsi geyinəcəklər
79
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.