Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1217
06.01.2026, 16:48
Azərbaycan Turan Birliyinin ürəyi olmaqla yanaşı həm də ki, əsas körpüdür. Bu körpü Qərb Türkləri ilə Şərq Türklərini birləşdirəcək mühüm qovşaqdır. Bununla belə Türk irqinin yarandığı yer məhz Azərbaycandır. Bunun əsas sübutu da Azıx, Tağlar, Buzeyir və Damcılı mağaralarında ortaya çıxarılmış faktlardan cüzi bir hissəsini təşkil edir və Azərbaycan qədim yaşayış məskənləri arasında dünyada dördüncü yerdə olması haqqında məlumat isə hələ keçən əsrdə bizə məlum idi. Mən bu yazımda digər Türk millətləri və xalqlarında olduğu kimi Türk kimlikli Azər millətinin əksəriyyət təşkil etdiyi və aborigen olduğu cəmiyyətdə qadınların yeri və rolu haqqında yazacağam.
Böyük millətlərin formalaşmasında əsas rollardan biri də şifahi xalq ədəbiyyatının təsiri heç kimdə şübhəsizdir. Bizim dildə işlədilən epos və yaxud dastan sözlərinin milli və yerli qarşılığı bu gündə Altaylılar tərəfindən biçiştə kimi işlədilir. Bizim böyük biçiştəmiz olan "Dədə Qorqud" biçiştəsində maraqlı məlumatlarla tanış olmaq olar. Burada amazonkaların izinə də rast gəlirik. Amazonka sözü Qorqud Atamızdan bəhs edən mənbələrdə "alp qızları" kimi xarakteristika olunur. Bununla belə Türk banuları, xanımları və xatunları heç də siyasi və ictimai həyatda da geniş imtiyazları olan və həmin dövrdə heç bir xalqda qadınların heç insan belə hesab edilmədiyinə baxsaq, ilahi qanunlar olan Törə sisteminin nə qədər mütərəqqi olduğunu görmüş oluruq.
Bununla da iş bitmir. Dədəm Qorqud zamanında məsələn "Bayburanın oğlu Bamsı Beyrək boyu" adlı boyda Bamsı Beyrəklə Banuçiçəyin göbək kəsdi edilməsi, həddi buluğa çatdıqdan sonra isə onların at yarışı, güləş və ox atışı hadisəsinin alp qız olan Banuçiçək timsalında banuların vətəni qorunması məsələsinin təkcə ərənlər üçün deyil, həmçinin də xanımlar üçün də vacib idi. İlk Azər hökmdar olan Dəmir (Tomiris) xatunun da Masqut-İç Oğuz (Massaget-İşquz) imperiyasının dəyərli xatunu olması boşuna deyil. Çünki, o, Türk xatunu idi. Əhəmənli imperiyasının qeyri qanuni şahı olan Kuruşun etdikləri pisliklərinə və Türk torpaqlarını ələ keçirmək məqsədi onun ölümü ilə nəticələndi.
Biz Alpan (Albaniya) hökmdarı Nüşabəni və Ərmən hökmdarı Şirin xatunları da unutmamalıyıq. Adətən Azərbaycan tarixşünaslığında Odravan (Atropat) xaqandan söz açsa da İsgəndərin rəğbətini qazanan bu Türk xanımlarından o qədər də söz açmırlar. Nizami Gəncəvi "Xəmsə" əsərinin "İsgəndərnamə" poemasından bununla bağlı geniş məlumat verirdi. Türk xanımı haqqında maraqlı məlumatlardan birisi də bir Türk xanının xalqına müraciətində "Mən sizin xanınızam, o, isə mənim xanım" deyə xanımını göstərmişdir. Türk törəsinə görə xanımlar ancaq, ana, bacı, qız övlad və həyat yoldaşı kimi təsvir etməklə yanaşı hökmdar, ordu başçısı kimi də nəzərdə tuturdu. Bununla belə Türk xanımları çətin vaxtlarda öz yaxınlarına dayaq olmaq, məsləhət verməklə yanaşı Türk Törəsinə uyğun davranışlar sərgiləyirdi. Türklər dünyaya nizam verərkən, özləri həmişə başqalarına nümunə oldular. Türklərlə bozqurdlar və asenalarla vuruşan düşmənləri həmişə onları mədh edirdilər.
İmza: Ceyhun Ərmən Vedili
14:32 / 03 Oktyabr 2026
1
14:15 / 03 Oktyabr 2026
39
14:10 / 03 Oktyabr 2026
41
13:06 / 03 Oktyabr 2026
70
13:04 / 03 Oktyabr 2026
56
11:50 / 03 Oktyabr 2026
73
11:35 / 03 Oktyabr 2026
57
11:24 / 03 Oktyabr 2026
86
11:19 / 03 Oktyabr 2026
327
11:14 / 03 Oktyabr 2026
59
11:10 / 03 Oktyabr 2026
57
11:07 / 03 Oktyabr 2026
63
10:59 / 03 Oktyabr 2026
64
10:55 / 03 Oktyabr 2026
74
10:50 / 03 Oktyabr 2026
86
10:34 / 03 Oktyabr 2026
92
10:30 / 03 Oktyabr 2026
73
10:26 / 03 Oktyabr 2026
630
10:20 / 03 Oktyabr 2026
415
10:18 / 03 Oktyabr 2026
72
10:13 / 03 Oktyabr 2026
580
10:11 / 03 Oktyabr 2026
71
10:07 / 03 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.