Qaynar xətt:

(+99450) 247 90 86

Rəsmi Moskva Əsədin yerini açıqladı: Putin...

Rəsmi Moskva Əsədin yerini açıqladı: Putin...

REDAKTORUN SEÇİMİ

522

09.12.2024, 14:19

"Bəşər Əsəd və ailəsinə sığınacaq verilməsi qərarını Rusiya prezidenti Vladimir Putin verib".

Oxu24.com  xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Əsəd və ailəsinin harada olması barədə təfərrüatların açıqlanmadığını söyləyib.

Peskov onu da bildirib ki, Putinin rəsmi qrafikində Əsədlə görüş yoxdur.

O, Putinin Suriyanın keçmiş prezidenti Bəşər Əsədi sonuncu dəfə nə vaxt görüb onunla əlaqə saxladığını deməyib.