Azərbaycanın bır sıra bölgələrində küçə itlərinin kütləvi şəkildə öldürülməsi iddia olunur.
Oxu24.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Heyvansevər Nizami Ramazanov öz feysbuk hesabında paylaşım edərək Qax,Qəbələ,Zaqatalada küçə itlərinin zəhərlənərək öldürüldüyünü bildirib.O,bununla bağlı video görüntüləri də paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki,hazırda qüvvədə olan qanuna görə, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 274-1-ci maddəyə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Miri
Oxu24.com
ŞƏRHLƏR