Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124660
az

Sahil Babayevlə görüşmək istəyənlərin NƏZƏRİNƏ!

11:0304 Dekabr, 2024
14
REDAKTORUN SEÇİMİ
  • A

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dekabrın 13-də Quba rayonunda Quba və Qusar rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə  Oxu24.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 4–6 dekabrda Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hava ilə bağlı XƏBƏRDARLIQ
Rubl neçəyədir?
Rövşən Əkbərovun vəkili vəfat etdi