Qaynar xətt:

(+99450) 247 90 86

Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir

Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir

REDAKTORUN SEÇİMİ

314

02.12.2024, 19:45

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyası (COP16) işə başlayıb.

Oxu24.com  xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev təmsil edir.

“Bakıdakı COP29-un uğuruna əsaslanaraq, biz dayanıqlı torpaq idarəetməsi üçün əməkdaşlığı inkişaf etdiririk”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, konfrans dekabrın 13-dək davam edəcək.