Qaynar xətt:

(+99450) 247 90 86

Rayonlarda pensiyaların ödəniləcəyi tarix açıqlanıb

Rayonlarda pensiyaların ödəniləcəyi tarix açıqlanıb

REDAKTORUN SEÇİMİ

2957

21.10.2024, 18:06

Azərbaycanın rayonlarında oktyabrın 20-28-i aralığında pensiyaların ödənilməsi nəzərdə tutulur.

Bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd olunub ki, müvafiq qrafikə əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiya ödənişləri hər ayın 8-15-i, digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiya ödənişləri isə ayın 20-28-i aralığında nəzərdə tutulub. Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi günlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.