Səhiyyə Nazirliyi isti-soyuq hava keçidi ilə bağlı əhaliyə xəbərdarlıq edib
02 Sentyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
197
17.10.2024, 16:43
Sabiq vəzifəli şəxslər barəsində hökmdən apellyasiya protesti verilib
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-un sorğusuna cavab olaraq bildirilir ki, bəzi xəbər saytları və sosial media səhifələrində “Bakı Nəqliyyat Agentliyi” Publik hüquqi şəxsin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini vəzifəsində işləmiş Vüqar Hüseynov və həmin Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin sabiq əməkdaşı Hikmət Vəlizadənin barəsində müvafiq məhkəmə tərəfindən əməlin Cinayət Məcəlləsinin daha yüngül maddələrinə, yəni rüşvət almadan dələduzluğa tövsif edilərək ittihamın yüngülləşdirilməsi və onlara aşağı həddə cəza təyin edilməsi barədə məlumatlar yayılıb.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaqla Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), maddələrilə yekun ittiham elan edilib və barələrində həbs qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.09.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxslərin rüşvət almasına dair ittihamlar Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrinə tövsif edilib və onların hər ikisi 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd olunan hökmdən dövlət ittihamçısı tərəfindən oktyabr ayının 7-də apellyasiya protesti verilib.
10:28 / 05 Sentyabr 2026
1
10:24 / 05 Sentyabr 2026
13
10:20 / 05 Sentyabr 2026
37
10:18 / 05 Sentyabr 2026
18
10:17 / 05 Sentyabr 2026
20
02:49 / 05 Sentyabr 2026
236
02:36 / 05 Sentyabr 2026
353
02:34 / 05 Sentyabr 2026
183
02:23 / 05 Sentyabr 2026
211
23:46 / 04 Sentyabr 2026
80
23:20 / 04 Sentyabr 2026
86
23:00 / 04 Sentyabr 2026
101
22:39 / 04 Sentyabr 2026
102
22:35 / 04 Sentyabr 2026
101
22:23 / 04 Sentyabr 2026
114
21:59 / 04 Sentyabr 2026
92
21:41 / 04 Sentyabr 2026
80
21:24 / 04 Sentyabr 2026
88
21:19 / 04 Sentyabr 2026
244
21:04 / 04 Sentyabr 2026
115
20:59 / 04 Sentyabr 2026
93
20:29 / 04 Sentyabr 2026
98
20:12 / 04 Sentyabr 2026
268
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.