Səhiyyə Nazirliyi isti-soyuq hava keçidi ilə bağlı əhaliyə xəbərdarlıq edib
02 Sentyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
475
17.10.2024, 11:55
Şahmar İbadov həbsdən çıxan oğluna bahalı restoran hədiyə etdi
Nərimanov rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Şahmar İbadov paytaxtın mərkəzində oğluna bahalı restoran alıb.
Oxu24.com xəbər verir ki, CityPost.az yerli mediaya istinadən xəbər verir ki, Bakıda və onun ətraf qəsəbələrində çoxsaylı ticarət və iaşə obyektlərinə sahib olan Şahmar İbadov paytaxtın Qış parkı ərazisində, Mirzəağa Əliyev 46 ünvanında növbəti “Paxlava” restoranını açıb.
Sözügedən restoranın yerləşdiyi obyekt Şahmar İbadovun oğlu Elmar İbadov tərəfindən 800 min dollara alınıb.Bu haqda məlumatı Demokrat.az saytı yayıb.
Qeyd edək ki, əvvəllər həmin obyekt “Mandarin Baku” adı ilə fəaliyyət göstərib.
Citypost.az xatırladır ki, Şahmar İbadovun oğlu Elmar İbadov gündəmə törətdiyi ağır avto qəza ilə gəlmişdi. 2017-ci ilin avqustunda Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq, hadisə yerindən qaçmışdı. Hadisə nəticəsində qadın vəfat etmişdi. Şahmar İbadov hadisəyə münasibət bildirərkən demişdi ki,qadının ölümünə səbəb oğlunun törətdiyi qəza yox, onun ürək çatışmazlığından əziyyət çəkməsi olub.Guya qadın ağır xəsarətlərdən yox,həyəcandan ölüb.
Məhkəmənin hökmü ilə törətdiyi ağır cinayətə görə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilsə də, onun barəsindəki cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.
Şahmar İbadova yaxın mənbələrdən aldığımız məlumata görə, O, oğlu Elmirə “Paxlava”restoranını həbsdən azad olunmasına rəğmən hədiyyə edib. Məsələ ilə bağlı Şahmar İbadovla əlaqə saxlamaq istəsək də,zənglərimizə cavab vermədi.
CityPost.az yaxın günlərdə geniş araşdırma aparmaqla, Ş.İbadova məxsus ticarət,iaşə və istehsalat obyektlərinin siyahısını təqdim edəcək.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

11:21 / 05 Sentyabr 2026
1
11:16 / 05 Sentyabr 2026
21
11:03 / 05 Sentyabr 2026
103
11:01 / 05 Sentyabr 2026
27
10:55 / 05 Sentyabr 2026
30
10:28 / 05 Sentyabr 2026
52
10:24 / 05 Sentyabr 2026
47
10:20 / 05 Sentyabr 2026
247
10:18 / 05 Sentyabr 2026
51
10:17 / 05 Sentyabr 2026
54
02:49 / 05 Sentyabr 2026
246
02:36 / 05 Sentyabr 2026
381
02:34 / 05 Sentyabr 2026
191
02:23 / 05 Sentyabr 2026
220
23:46 / 04 Sentyabr 2026
88
23:20 / 04 Sentyabr 2026
86
23:00 / 04 Sentyabr 2026
104
22:39 / 04 Sentyabr 2026
107
22:35 / 04 Sentyabr 2026
105
22:23 / 04 Sentyabr 2026
116
21:59 / 04 Sentyabr 2026
93
21:41 / 04 Sentyabr 2026
82
21:24 / 04 Sentyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.