Səhiyyə Nazirliyi isti-soyuq hava keçidi ilə bağlı əhaliyə xəbərdarlıq edib
02 Sentyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
267
16.10.2024, 21:33
Bu ilin fevralında İsmayıllıda 34 yaşlı Nigar Bayramovanın ölümü ilə nəticələnən yol qəzasının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com qafqazinfo.az-a istinadən xəbər verir ki, N.Bayramovanın olduğu avtomobili idarə edən 1993-cü il təvəllüdlü Elçin Əliyev cinayət işi üzrə təqsirləndirilib.
Məlum olub ki, həyatını itirən 1985-ci il təvəllüdlü Nigar Bayramova Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi olub. O, Elçinlə sevgili imiş və birgə Zaqataladan Elçinin yaşadığı İsmayıllı şəhərinə gəliblər. Hadisə də bundan sonra baş verib. Belə ki, Elçin avtomobillə Xanəgah kəndi ərazisində yolun əks-hərəkət istiqamətinə çıxıb və idarə etdiyi "Khazar" markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə xəsarət alan N.Bayramova dünyasını dəyişib.
Araşdırmalar zamanı məlum olub ki, Elçin daha əvvəl də yol qəzası törədib və məhkum edilib. Onun ayağında elektron qolbaq var imiş və sürücülük hüququ məhdudlaşdırılıbmış.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhum N.Bayramovanın atası Elçinə ağır cəza verilməsini xahiş edib: "Hadisədən 1 saat sonra mənə məlumat verildi ki, qızım Elçinin maşınında olub, həmin maşın "Maz" markalı maşının altına girib. Hadisə yerinin şəkilləri mənə göndərildi. Qızım mənə İsmayıllı rayonundan Elçini bəyəndiyini demişdi. Nigara demişdim ki, həmin şəxs 2 dəfə cinayət məsuliyyətinə cəlb olunub. Həmçinin, Elçinin ayağında qolbaq var, savadsız bir adamdır, cəmiyyət arasında hörməti yoxdur. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və ona ən ağır cəzanın verilməsini xahiş edirəm".
Məhkəmənin hökmü ilə Elçinə 6 il 6 ay həbs cəzası verilib. Onun sürücülük hüququ da həbsdən sonrakı 4 il üçün məhdudlaşdırılıb.
12:55 / 05 Sentyabr 2026
62
12:55 / 05 Sentyabr 2026
18
12:39 / 05 Sentyabr 2026
104
12:32 / 05 Sentyabr 2026
44
12:11 / 05 Sentyabr 2026
49
12:06 / 05 Sentyabr 2026
51
12:03 / 05 Sentyabr 2026
48
11:21 / 05 Sentyabr 2026
64
11:16 / 05 Sentyabr 2026
472
11:03 / 05 Sentyabr 2026
431
11:01 / 05 Sentyabr 2026
54
10:55 / 05 Sentyabr 2026
62
10:28 / 05 Sentyabr 2026
64
10:24 / 05 Sentyabr 2026
57
10:20 / 05 Sentyabr 2026
463
10:18 / 05 Sentyabr 2026
61
10:17 / 05 Sentyabr 2026
63
02:49 / 05 Sentyabr 2026
257
02:36 / 05 Sentyabr 2026
420
02:34 / 05 Sentyabr 2026
201
02:23 / 05 Sentyabr 2026
229
23:46 / 04 Sentyabr 2026
96
23:20 / 04 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.