Səhiyyə Nazirliyi isti-soyuq hava keçidi ilə bağlı əhaliyə xəbərdarlıq edib
02 Sentyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1146
08.10.2024, 12:48
Mehman Məmmədovun şikayətini Baş Prokurorluq nəzarətə götürdü
CityPost.az xəbər verir ki, Şəmkirli iş adamı, sabiq prokurorluq əməkdaşı İbadət Məhərrəmovla Ağstafa rayonu, Köçəsgər kənd sakini Mehman Məmmədov arasındakı çəkişmə artıq pik həddə çatıb.
Şikayətçi M.Məmmədovun iddiasına görə,şəmkirli İ.Məhərrəmov onun həbsdə olan oğlu Sərxan Məmmədovun azadlığa çıxması üçün 58 min manat və 4500 ABŞ dolları məbləğində pulunu ələ keçirib. Aldığı pulun müqabilində şikayətçinin oğluna heç bir hüquqi və mənəvi yardım göstərməyib. Nəticədə aldadıldığını başa düşən M.Məmmədov verdiyi pulları geri tələb etsə də,İ.Məhərrəmov onun israrlı tələblərini qulaq ardına vurub,eşitmək istəmir. Əlacsız qalan M.Məmmədov İ.Məhərrəmovun qanunsuz hərəkətlərindən və özbaşnalığından hüquq-mühafizə orqanlarına şikayətlər edib.
M.Məmmədovun şikayəti hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində,Tovuz Rayon Polis Şöbəsində,Şəmkir Hərbi Prokurorluğunda araşdırılır. İbadət Məhərrəmovun oğlanları Yamin,Ramin və Əli Məhərrəmovlar atalarından etdiyi şikayəti geri götürməyi Mehman Məmmədovdan tələb etmiş, əks təqdirdə hətta Mehman Məmmədova hədə-qorxu gələrək ona xəsarət yetirəcəklərini bildiriblər. Məhz, bu səbəbdən M.Məmmədov onların hərbi xidmətdən yayınmalarına dair müxtəlif instansiyalara müraciət edərək məsələni sosial şəbəkələrdə ictimailəşdirib.
M.Məmmədov Tovuz Rayon Polis Şöbəsində şikayətinə dair aparılan araşdırmanı qeyri-obyektiv hesab edərək narazı qaldığı üçün baş prokuror Kamran Əliyevə müraciət edib. Onun müraciəti Baş Prokurorluqda araşdırılır. Şikayətçi M.Məmmədovun CityPost.az-a verdiyi məlumata görə,O, bu günlərdə Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi
III dərəcəli dövlət ədliyyə müşaviri Natiq Abdullayevdən məktub alıb.
Məktubda İ.Məhərrəmov barədə araşdırmanın Tovuz Rayon Prokurorluğunda aparılacağı qeyd olunub.

Həmçinin oxuyun
14:35 / 06 Sentyabr 2026
45
14:16 / 06 Sentyabr 2026
48
14:14 / 06 Sentyabr 2026
46
14:00 / 06 Sentyabr 2026
52
13:25 / 06 Sentyabr 2026
48
12:50 / 06 Sentyabr 2026
66
12:45 / 06 Sentyabr 2026
62
12:42 / 06 Sentyabr 2026
634
12:14 / 06 Sentyabr 2026
71
12:10 / 06 Sentyabr 2026
66
12:05 / 06 Sentyabr 2026
67
12:00 / 06 Sentyabr 2026
69
12:00 / 06 Sentyabr 2026
75
11:49 / 06 Sentyabr 2026
77
11:33 / 06 Sentyabr 2026
492
11:29 / 06 Sentyabr 2026
74
10:55 / 06 Sentyabr 2026
225
10:49 / 06 Sentyabr 2026
72
10:42 / 06 Sentyabr 2026
65
10:39 / 06 Sentyabr 2026
70
10:34 / 06 Sentyabr 2026
75
02:06 / 06 Sentyabr 2026
81
23:59 / 05 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.