Qaynar xətt:

(+99450) 247 90 86

Hava ilə bağlı AÇIQLAMA

Hava ilə bağlı AÇIQLAMA

REDAKTORUN SEÇİMİ

201

17.09.2024, 16:54

Azərbaycanın rayonlarında sentyabrın 21-i gündüzədək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a  verilən məlumata görə, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq-Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.