Səhiyyə Nazirliyi isti-soyuq hava keçidi ilə bağlı əhaliyə xəbərdarlıq edib
02 Sentyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
463
27.05.2024, 21:38
Suriyada yaradılmış qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunan 41 yaşlı Kamran Zülfüqarovun məhkəməsi başa çatıb.
Oxu24.com//oxu24.com/az/-un məlumatına görə, cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Məlumat üçün deyək ki, Kamran Zülfüqarov 2018-ci ildə məhkəmə qərarı ilə Azərbaycan vətəndaşlığından çıxarılıb. Onun Suriyadakı cinayətkar fəaliyyəti isə 2013-cü ili əhatə edib.
Sonradan əməllərindən peşman olaraq, gizli yolla Azərbaycana gələn Zülfüqarov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatçıları tərəfindən müəyyən edilərək tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə) maddəsi ilə yekun ittiham elan edilib.
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, məhkəmədə əvvəl dediklərindən fərqli ifadə verib.
İstintaq vaxtı ifadəsində deyib ki, Suriyada təlimlərdə iştirak edib. Həmin ölkənin Haritan şəhərində "Xalid dayı" dini ləqəbli Bədəlov Rövşən Kitab oğlunun rəhbərlik etdiyi "Xalid dayının camaatı" adlı qanunsuz silahlı qruplaşmanın üzvü olub. Amma sonradan Xalid dayı ilə arası pisləşdiyi üçün sonuncu onu İŞİD-ə həbs etdirib. İki ay sonra o, həbsdən buraxılaraq gizli yollarla Türkiyəyə qaçıb. Kamran bir neçə il Türkiyədə yaşadıqdan sonra tırın altında gizlənməklə qanunsuz yolla Azərbaycana keçib.
Məlum olub ki, Kamran Zülfüqarov Suriyaya həyat yoldaşı və uşaqlarını da aparıbmış. Kamrandan fərqli olaraq həyat yoldaşı başlarına gələnləri ətraflı danışıb:
"Kamranla əvvəl Xırdalanda yaşayırdıq. Həmişə dinə bağlı insan olub. Deyirdi ki, Suriyada döyüşüb şəhid olmaq istəyir. Sonra istəyini reallaşdırmaq qərarına gəldi. Mən əvvəl qorxsam da, razılaşdım. Əvvəl Türkiyəyə oradan da Suriyaya getdik. Orada bizi "Xalid dayının camaatı"nın rəhbəri kimi tanınan Xalid dayı qarşıladı. Bundan sonra Kamran camaatla birgə postlara çıxmağa başladı. Yadıma gəlir, "Kalaşnikov" markalı silahı var idi. Bir müddət sonra Kamran yoxa çıxdı. Xalid dayı onun öldürüldüyünü dedi. Amma 2 ay sonra Kamran evə qayıtdı. Bundan sonra Türkiyəyə qaçdıq. Bir neçə il orada yaşadıq. Günlərin birində təcili tibbi yardım çağırdıqdan sonra ölkədə qanunsuz yaşadığımız aşkar edildi. Bundan sonra, mən uşaqlarımla birgə deport edilərək Azərbaycana qayıtsaq da, Kamran deport edilməkdən yayınaraq orada qaldı. Bir müddət orada tək yaşadıqdan sonra o da Azərbaycana qayıtdı".
Təqsirləndirilən şəxsin anası da şahid qismində ifadə verib. Şahid oğlunun İŞİD-ə qoşulduğunu bilmədiyini deyib. Valideynin sözlərinə görə, oğlu inanıb ki, Suriyaya köçüb oradan cənnətə gedəcək. Şahid oğlunun cihad üçün getdiyini, lakin sonradan peşman olduğunu söyləyib.
Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti dəlil və sübutları tədqiq etdikdən, şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsin verilmiş ittihamla cəzalandırılmasını qanunauyğun hesab ediblər. Qeyd edilib ki, təqsirləndirilən şəxsin əməli Suriya Ərəb Respublikasında da cinayət hesab olunub.
Hökmə əsasən Kamran Zülfüqarova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkəcək.
Qeyd edək ki, Kamran Zülfüqarov DTX tərəfindən saxlanıldıqdan sonra istintaq dövründə etiraf videosu yayılmışdı. (Qafqazinfo)
17:02 / 11 Sentyabr 2026
1
16:59 / 11 Sentyabr 2026
10
16:51 / 11 Sentyabr 2026
153
16:42 / 11 Sentyabr 2026
44
16:30 / 11 Sentyabr 2026
51
16:14 / 11 Sentyabr 2026
182
15:45 / 11 Sentyabr 2026
56
15:24 / 11 Sentyabr 2026
60
15:20 / 11 Sentyabr 2026
69
15:05 / 11 Sentyabr 2026
88
15:05 / 11 Sentyabr 2026
68
15:00 / 11 Sentyabr 2026
130
14:45 / 11 Sentyabr 2026
59
14:34 / 11 Sentyabr 2026
387
14:30 / 11 Sentyabr 2026
77
14:15 / 11 Sentyabr 2026
97
14:11 / 11 Sentyabr 2026
82
14:06 / 11 Sentyabr 2026
67
13:53 / 11 Sentyabr 2026
112
13:49 / 11 Sentyabr 2026
211
13:42 / 11 Sentyabr 2026
1276
13:28 / 11 Sentyabr 2026
139
13:05 / 11 Sentyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.