Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Polşada Avropanın ən şərqində yerləşən xüsusi təyinatlılar bazasını açıb

ABŞ Polşada Avropanın ən şərqində yerləşən xüsusi təyinatlılar bazasını açıb

REDAKTORUN SEÇİMİ

366

17.05.2024, 16:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın Krakovdakı baş konsulu Erin Nikerson RMF24 radiostansiyasına bildirib ki, ABŞ Xüsusi Əməliyyat Qüvvələrinin Krakov-Balise Beynəlxalq Hava Limanı yaxınlığındakı Miron Düşərgəsi bazası mayın 17-də açılıb.

 

Oxu24.com xəbər  verir  ki, “Miron düşərgəsi Amerika Xüsusi Əməliyyat Qüvvələri üçün rotasiya bazasıdır. Bu, Polşa və Amerika xüsusi təyinatlıları arasında daimi qarşılıqlı əlaqə deməkdir”, - o bildirib.

 

Nikkerson 100-dən 150-dək amerikalı hərbçinin rotasiya əsasında bu bazada daimi yerləşəcəyini açıqlayıb.

 

Miron Düşərgəsi ABŞ Xüsusi Qüvvələrinin Avropadakı ən şərqindəki bazası oldu.

 

Mayın əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Qriqori Maşkov bəyan etmişdi ki, ABŞ Asiya-Sakit Okean regionunda (APR) orta və daha qısa mənzilli raketlər yerləşdirərsə, Rusiya reaksiya verməyə məcbur olacaq.

 

Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın INF Müqaviləsinin qadağan etdiyi silahları “kölgədən çıxardığını” bildirmişdi.

 

Miri