Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
791
09.05.2024, 16:21
Gecə tərləməsinin səbəbləri
Gecə yuxu əsnasında paltarları, hətta yatağı belə, isladacaq qədər tərləməyə gecə tərləməsi deyilir. Xüsusilə, klimaks dönəmini keçirən qadınlarda bu cür tərləmələrə tez-tez rast gəlinir. Bundan əlavə, diabet və xərçəng əlaməti də ola bilər. Ümumiyyətlə, yaş və cinsiyyət fərqi olmadan gecə tərləməsinin baş vermə ehtimalı var.
Gecə tərləməsinin səbəbləri sırasında qastro-ezofageal reflyuks xəstəliyi, diabet, hormonal dəyişikliklər, infeksiya, stress, nevroloji problemlər dayanır. Tərləmənin əsas səbəbi aşkar edildikdən sonra müalicə başlaya bilər.
Gecə tərləməsinin ən geniş yayılmış səbəbləri bunlardır:
o Klimaks;
o Aybaşı öncəsi sindrom;
o Hamiləlik;
o Qanda şəkərin səviyyəsinin aşağı düşməsi;
o Qastro-ezofageal reflyuks xəstəliyi;
o Yuxu apnesi;
o Qrip;
o Müxtəlif xərçəng növləri;
o İflic;
o Tiroid problemləri;
o Bəzi antidepressantlar, steroidlər, ağrıkəsicilər kimi dərmanlar;
Gecə tərləmələri kişilərə nisbətən qadınlarda daha tez-tez yaşanır. Estrogen və proqestron kimi cinsi hormonlarla bağlı hormonal dəyişikliklər, klimaks qadınların qəfildən istilik hiss etməsinə səbəb olur. Qəfil istiliyin qalxması bəzən orqanizmin öz temperaturunu nizamlamaq üsuludur-bunu da yaddan çıxarmaq olmaz.
Gecə tərləmələrinin ən geniş yayılmış əlamətləri sırasında öskürək, dəridə qızarıqlıq, qəfildən qalxan qızdırma da var. Ümumiyyətlə, əlamətlər belə sıralanır:
Səbəbi bilinməyən sürətli arıqlama;
Qızdırma;
Öskürək;
İshal;
Müəyyən bir nahiyədə ağrı;
Sürətlənən ürək ritmi;
Gecə tərləməsinin kökündə dayanan səbəbi tapmaq, ona uyğun müalicə təyin etmək mütəxəssis işidir. Odur ki, bu vəziyyət yaşanırsa, həkimə müraciət etməkdə gecikməyin.
Gecə tərləməsi necə müalicə olunur?
Əvvəlcə, problemin səbəbi tapılır, sonra müalicə başlanır. Əgər problem klimaksla əlaqədardırsa, hormon müalicəsi aparılır. Təbii ki, hormon müalicəsinin əks təsirləri də var. Məsələn; hormon qəbulu sümüklərin kiçilməsinə, vaginal quruluğa səbəb olur. Gecə tərləmələrini müalicə etmək üçün istifadə olunan dərmanlar bu cür sıralanır:
1) Antikonvulsant (antiepileptik) dərmanlar-özündən getmə hallarının qarşısını almaq üçün;
2) Antidepressantlar-istilik basmalarını önləmək üçün;
3) Klonidin, təzyiq əleyhinə dərmanlar, diqqət əksikliyi zamanı içilən dərmanlar, hiperaktivlik əleyhinə dərmanlar, əndişəni azaltmaq üçün dərmanlar;
4) Megestrol, döş və uşaqlıq xərçənglərini müalicə etmək, iştahı artırmaq, sürətli arıqlamağın qarşısını almaq üçün istifadə edilən dərmanlar;
5) Oksibutinin dərmanları, sidik sistemi narahatlıqlarını müalicə etmək üçün istifadə edilən dərmanlar;
Gecə tərləməsinin qarşısını almaq üçün evdə nə etmək olar?
Səbəbindən asılı olmayaraq, yuxunun keyfiyyətini yüksəltmək haqqında düşünmək lazımdır. Yatağın sərinliyini qorumaq, gecə tərləməsinin qarşısını almaq üçün bu üsullardan istifadə edə bilərsiniz:
Gecə boyunca yanınızda soyuq su saxlayın;
Yatarkən nazik və tərlətməyən paltarlar geyinin;
Hər gün idman edin;
Gecə durub dəyişə bilməyiniz üçün yanınıza yataq örtüyü qoyun;
Yatmamışdan qabaq nəfəs təlimləri və meditasiya edin;
Yastığınıza və yatağınıza soyutma jeli qoyun;
Yataq otağı ventilyatorundan istifadə edin;
Ədviyyatlı qidalardan, kofeindən və siqaret kimi gecə tərləmələrini artıran səbəblərdən uzaq durum;
Gecə tərləmələri haqqında ən çox soruşulan suallar bunlardır:
1. Gecə yatarkən boyun tərləməsi nədən olur? –seçilən yastığın materialından asılı olaraq, boyun tərləməsi yaşana bilir. Bundan əlavə, geyinilən paltarlar da tərləmələrdə mühüm rol oynayır;
2. Kişilərdə gecə tərləmələrinin səbəbləri nələrdir? –andropoz dönəmində olan kişilərdə gecə tərləmələri çoxalır;
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.