Qaynar xətt:

(+99450) 247 90 86

Futbolda dəhşətli anlar! Hakimin üzü dağıldı (18+)

Futbolda dəhşətli anlar! Hakimin üzü dağıldı (18+)

REDAKTORUN SEÇİMİ

1072

25.02.2024, 23:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Futbol üzrə İspaniya çempionatının 26-cı turu çərçivəsində keçirilən "Betis" - "Atletik" matçında  köməkçi hakim Quadalupe Porras televiziya kamerası ilə toqquşub.

Üzündən ağır  sınıq  xəsarəti  alan   hakim   xərəkdə meydanı tərk edib.

 

Oxu24.com  xəbər  verir  ki,  bu  barədə   məlumatı  “Marca” saytı yayıb.

 

Sevilyadakı "Benito Villamarin" stadionunda keçirilən qarşılaşma 3:1 hesabı ilə "Betis"in xeyrinə başa çatıb.

 

Hadisə   matçın 13-cü dəqiqəsində baş verib. “Betis”in oyunçusunun qolundan sonra köməkçi hakim  meydançanın kənarında yerləşən kamera ilə toqquşub.  Onu ehtiyat hakim Nestor Olgeras əvəzləyib.

Növbəti turda “Betis” səfərdə “Atletiko Madrid”lə, “Atletik” isə evdə “Barselona” ilə qarşılaşacaq. Hər iki qarşılaşma martın 3-də baş tutacaq.

İspaniya çempionatında lider 26-cı tur matçını fevralın 25-də keçirəcək "Real Madrid"dir. Qaymaqlıların rəqibi "Sevilya" olacaq. Qarşılaşmanın Moskva vaxtı ilə saat 23.00-da başlaması nəzərdə tutulub. Cədvəldə ikinci yeri "Barselona", üçüncü yeri "Jirona" tutur.

 

Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ – ŞAD XƏBƏR 

 

 

Miri