Qaynar xətt:

(+99450) 247 90 86

Qaz olmayacaq

Qaz olmayacaq

REDAKTORUN SEÇİMİ

370

22.02.2024, 00:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Oxu24.com-aAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.

Bildirilir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə fevralın 22-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri görülən müddətdə Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Həmçinin oxu:  "Dəhşətli hadisələr yaşanacaq..." - Məşhur astroloqdan ŞOK PROQNOZ