“İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı iclası ilə əlaqədar təxirə salınıb və prezidentlər bu barədə telefon danışığı zamanı müzakirə aparıblar”.
İRNA xəbər verir ki, bu açıqlama ilə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian çıxış edib.
“Prezident Rəisinin Ankaraya rəsmi səfəri nəzərdə tutulmuşdu, lakin BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətə həsr olunacaq iclası ilə bağlı təxirə salındı. Telefon danışığı zamanı iki ölkənin prezidentləri planlaşdırılan səfərin bir neçə gün ərzində baş tutacağına dair razılığa gəldilər. Səfər zamanı tərəflər Təhlükəsizlik Şurasının iclasının nəticələrini də müzakirə edəcəklər”, - Abdullahian bildirib.
Oxu24.com
ŞƏRHLƏR