Ukrayna mətbuatı Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşının ağır metallarla zəhərləndiyini yazır.
Oxu24.com xəbər verir ki, Babelin sözlərinə görə, o, xəstəxanadadır.
İlkin məlumatlara görə, Marianna Budanovanın bədənində gündəlik həyatda istifadə olunmayan metalların olması aşkar edilib ki, bu da qəsdən zəhərlənmə cəhdini göstərə bilər.
“Bu maddələr heç bir şəkildə gündəlik həyatda və ya hərbi işlərdə istifadə edilmir”, – nəşr qeyd edir.
Nəşr qeyd edir ki, Budanova artıq müalicə kursunu başa vurur, bundan sonra o, həkimlərin nəzarəti altında olacaq.
“Babel” onu da bildirib ki, Ukrayna artıq kəşfiyyat rəhbərinin həyat yoldaşına sui-qəsd cəhdi ilə bağlı təhqiqata başlayıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR