Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98482
az

Dərədən silan tapıldı

09:3624 Noyabr, 2023
274
KRİMİNAL
  • A
Yardımlı Rayon Polis Şöbəsinə rayonun Telavar kəndi ərazisindəki dərədən silah-sursat tapılması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu24.com-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə torbanın içərisindən 1 ədəd "AKS-74U" markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 2 ədəd əl qumbarası, 504 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq götürülüb. Bundan əlavə, Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+