Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125327
az

Ramiz Tatarov azadlığa buraxıldı

16:5211 Dekabr, 2024
50
KRİMİNAL
  • A

Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məhkum edilmiş müavini Ramiz Tatarov vaxtından tez azadlığa buraxılıb.

Oxu24.com un əldə etdiyi məlumata görə, Nizami Rayon Məhkəməsi belə qərar qəbul edib.

Hakim məhkumun 6 illik azadlıqdan məhrum etmə cəzasının yarıdan çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və başqa əsasları nəzərə alaraq müraciəti təmin edib.

Qərara əsasən, Ramiz Tatarov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb.

Tatarovun məhkumluğu isə gələn ilin dekabrında başa çatacaq.

Qeyd edək ki, Tatarov və mərhum sabiq icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatların birincisində-2019-cu ilin dekabrında həbs edilib. Vəzifə cinayətlərində təqsirli bilinən N.Quliyevin cinayət işinə ölümü ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilib. R.Tatarova isə yekun qərarla 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
21 yaşlı oğlan özünü bıçaqlayıb

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
88 yaşlı kişini maşın vurub öldürdü