Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125346
az

Rusiyadan Ərdoğanın “bir mən, bir Putin...” sözlərinə reaksiya

23:1411 Dekabr, 2024
86
SİYASƏT
  • A

Rəsmi Moskva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada yalnız onun və Rusiya Prezidenti Vladimir Putinin təcrübəli liderlər olması barədə açıqlamasına münasibət bildirməyi düzgün hesab etmir.

OXU24.COM  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “NEWS.ru”nun müvafiq sualını cavablandırarkən bildirib.

Diplomat vurğulayıb ki, Rusiya tərəfi dost ölkələrlə münasibətlərini qoruyur.

“Ölkəmiz dost ölkələrdən olan həmkarlara və liderlərə hörmət edir, dialoqu davam etdirir, əlaqələri inkişaf etdirir, mütəmadi olaraq təmaslar təmin edilir. Lakin Türkiyə Prezidentinin bəyanatını şərh etməyi düzgün hesab etmirik, bu Türkiyə tərəfinin işidir”, - Zaxarova deyib.

Xatırladaq ki, daha əvvəl Ərdoğan Qaziantep vilayətində gənclərlə söhbəti zamanı özünün və Rusiya Prezidenti Vladimir Putinin uzun müddətdir siyasi səhnədə olmaqla dünyada yeganə təcrübəli liderlər olduğunu söyləmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya üçün kabusa çevrilən ÜÇ MƏSƏLƏ -Putin Trampla bu problemləri çözmək istəyir
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
İran səfiri Fransa XİN-ə çağırıldı

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ramiz Mehdiyevin qızına şikayət etmək    icazəsi     verildi