Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97733
az

Ərdoğan Azərbaycanla bağlı saziş imzaladı

15:5611 Noyabr, 2023
271
DÜNYA
  • A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökməti ilə Azərbaycan hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında əməkdaşlıq sazişini təsdiqləyib.

Bu barədə “Rəsmi Gazete”də qərar dərc olunub.

Sazişə əsasən, Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon ABŞ dolları ayıracaq.

Layihə, 6 fevral 2023-cü il tarixində Türkiyədə baş verən zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində təcili sığınacaq ehtiyacını qarşılayacaq.

Sənəd 2 il müddətinə qüvvədə qalacaq.

Qeyd edək ki, sözügedən saziş 25 sentyabr 2023-cü il tarixdə Naxçıvanda imzalanıb.

Xatırladaq ki, bu ilin fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.

Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsveçrənin yeni prezidenti o seçildi
Mask tarixə düşdü
Əsəd Moskvada necə yaşayacaq?

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu