Macarıstanın Aİ məsələləri üzrə naziri Yanoş Boka bildirib ki, Budapeşt 2023-cü ilin sonuna qədər Rusiya qazının tranziti üçün ödənişlərin artırılması ilə bağlı Sofiyanı məhkəməyə verməyə hazırdır.
Oxu24.com xəbər verir ki,Bokanın vətəndaşlara videomüraciəti o, Facebook-da yayımlayıb .
“Bu gün mən Avropa Komissiyasına məktub göndərərək, ondan Bolqarıstana qarşı öhdəliklərin pozulması ilə bağlı işlərə təcili başlamaq xahişi ilə müraciət etdim və Bolqarıstanı enerji rüsumlarının artırılmasını dondurmağa çağırdım”,-deyə o bildirib.
Rəsminin sözlərinə görə, Bolqarıstanın hərəkətləri daxili bazarın, gömrük ittifaqının və Avropa İttifaqının ümumi ticarət siyasətinin fəaliyyət prinsiplərini pozur.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Siyarto bildirmişdi ki, Avropa İttifaqı Macarıstandan Rusiya qazını almamağı tələb edir.
19 dekabr 2022-ci ildə Aİ Şurası Avropa İttifaqında qazın qiymətinin tavanının fevralın 15-dən 180 avro səviyyəsində tətbiq ediləcəyini açıqlayıb.
Qazın qiyməti üç gün ərzində 180 avro səviyyəsində qalarsa və TTF birjasındakı qiymətlərlə mayeləşdirilmiş təbii qazın orta qiyməti arasındakı fərq 35 avrodan çox olarsa, qiymət “düzəlişinə” səbəb ola bilər. Bu tədbir avropalı istehlakçıları qaz qiymətlərindəki sıçrayışlardan qorumaq məqsədi daşıyır.
26 sentyabr 2022-ci ildə “Şimal axını” və “Şimal axını 2”nin üç xəttində zədələnmə və qaz sızması qeydə alınıb. Seysmoloqlar qaz kəmərlərinin marşrutları boyunca iki partlayış qeydə alıblar. Rusiya FSB beynəlxalq terror aktı ilə bağlı iş açıb. İsveç Prokurorluğu baş verənlərlə bağlı araşdırmalara başlayıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR