İsrailin paytaxtı Təl-Əviv raket atəşinə tutulub.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, HƏMAS şəhəri qanadlı raketlərlə vurub.
İsrail Müdafiə Ordusundan verilən məlumata görə, şəhərdə hava həyacanı işə düşüb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.
Oxu24.com
ŞƏRHLƏR