Azad edilmiş iki girov Qəzza zolağı ilə Misir sərhədində yerləşən Rəfah keçid məntəqəsinə gəlib.
Oxu24.com xəbər verir ki, radikallar tərəfindən azad edilən girovlar Rəfah keçid məntəqəsinə gəliblər. İki qadının azad edilməsinin “Misir tərəfinin intensiv səyləri sayəsində mümkün olduğu” qeyd edilir.
Rəfah keçid məntəqəsi Qəzza zolağı ilə Misiri birləşdirir, lakin hələ də tam fəaliyyət göstərmir - ölkələr arasında yol dağıdılıb, ərazilər arasında divar çəkilib.
Bundan əvvəl HƏMAS hərəkatının rəhbərliyi 7 oktyabr hadisələri zamanı götürülmüş mülki girovları yanacağa dəyişməyə hazır olduğunu bildirib.
Qəzza zolağında bütün xəstəxanaların yanacağı tükənib. Qəzza zolağının Səhiyyə Nazirliyi həmçinin bildirib ki, Qəzza zolağında 12 xəstəxana və tibb müəssisəsi atəşə tutulması və yanacaq çatışmazlığı səbəbindən sıradan çıxıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR