Moskva yaxınlığındakı Podolsk şəhərinin rəhbəri, 47 yaşlı Dmitri Jarikov vəfat edib.
Oxu24.com xəbər verir ki,bu barədə Mash Telegram kanalı məlumat yayıb.
“Moskva yaxınlığındakı Podolsk şəhərinin rəhbəri Dmitri Jarikov vəfat edib. Onun cəmi 47 yaşı var idi, o, ötən il şəhərə rəhbərlik edib”, - deyə məlumatda bildirilir.
İlkin məlumata görə, ölümə səbəb infarkt olub. Podolsk administrasiyası ənənəvi həftəlik əməliyyat görüşünü qeyd edib.
Oktyabrın 9-da Podolsk rəhbəri təmirdən çıxmış “Vesna” stadionuna baxış keçirib. Bu barədə o, Telegram kanalında yazıb. Çərşənbə axşamı günü gecə Jarikov vəfat etdi.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR